Prem Çopra () — 1935-ci ildə Hindistanda anadan olub. Hindistan kinematoqrafiyasında yaratdığı antoqonist obrazlarla öz sözünü demiş aktyorlardandır. Post-sovet məkanında rejissor Rac Kapurun "Bobbi" romantik komediyasında oynadığı rolu ilə yadda qalmışdır. "Roket sinqh: İlin satıcısı" filmində Çopra Rac Kapurun nəvəsi Ranbir Kapurla birlikdə baş rolları ifa edib. Filmoqrafiyasına "Bacı və qardaş" (1971), "Nəfs" (1971), "Sevimli Raca" (1972), "Qəlbdəki daş" (1973), "Bobbi" (1973), "Xəyanət" (1973), "Sevi şəhəri" (1974), "İki xəfiyyə" (1975), "Sevgili" (1976), "Şərəf və inam" (1977), "İki yolçu" (1978), "Böyük oyun" (1979), "Yuxarıdan baxış" (1980), "Taley" (1981), "Vətənpərvər" (1982), "Üç qardaş" (1983), "Fələyin dalınca" (1984), "Raca" (1985), "Səhər qatarı" (1986), "Qisasçılar" (1988), "Keşikçi" (1989), "Alovlu şar" (1990), "Raca Babu" (1994), "Ögey qız" (1995), "Filin qisası" (1997) kimi məşhur hind filmləri daxildir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Hindistan aktyorları Kateqoriya:XX əsr aktyorları