Muxtar Türk Kipr İdarəsi () — 1974-cü ildə Türkiyənin Kiprə müdaxiləsindən dərhal sonra indiki Şimali Kipr ərazisində Kipr türkləri tərəfindən yaradılmış de-fakto idarənin adı.
Cəmiyyət İdarə tərəfindən hərbi əməliyyatda iştirak edən Türkiyə hərbçilərinə Şimali Kipr vətəndaşlığını alaraq burada məskunlaşmaq icazəsi verilmişdir. Cənubdan didərgin düşmüş Kipr türklərinin köçürülməsinə nəzarət edilmişdir.
Endryu Borovets yazmışdır ki, Türkiyə Kipr yunanlarının tərk edilmiş kənd mülklərini ələ keçirmək üçün adada 5,000 ferma işçisi yerləşdirməyi planlaşdırdığını açıqlamışdı. Bu, yunanıstanlı və Kipr yunanlarının Türkiyənin Kiprin demoqrafik strukturunu məqsədyönlü şəkildə dəyişməsi ilə bağlı ittiham irəli sürməsinə səbəb olmuşdur.
İstinadlar
Kateqoriya:Tarixi türk dövlətləri Kateqoriya:Şimali Kiprdə siyasət Kateqoriya:1974-cü ildə yarananlar