Zubdat-un Nisə Bəyim () — Böyük Moğol imperatoru I Övrəngzibin üçüncü qızı və moğol şahzadəsi. Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub olmuş və I İsmayılın soyundan gəlmişdir. Həyatı Zubdat-un Nisə Bəyim 2 sentyabr 1651-ci ildə Multanda dünyaya gəlmişdir. Bu zaman onun atası Övrəngzib hələ şahzadə idi. Ana Dilras Banu Bəyim olmuşdur. Yaxşı təhsil almış olan Zubdat İslam dininin təməl doktrinası üzərinə mükəmməl təhsil almışdı.
Zubdat özünün əmisinin oğlu Şahzadə Sipihr Şükuhla 30 yanvar 1673-cü ildə evlənmişdir. Şahzadə Sipihr Şükuh Zubdatın böyük əmisi vəliəhd şahzadə Dara Şükuh və Nadirə Banu Bəyimin üçüncü oğlu idi. Evlilik qarşılığında ona 400 min rupu pul verilmişdi. Onların toy mərasimi Həmid Banu Bəyim tərəfindən təşkil edilmişdi. 1676-cı ildə Zubdat ilk oğlunu dünyaya gətirdi və oğlana Şahzadə Əli Təbər adı verildi. Lakin bu uşaq 6 aylıq ikən vəfat etdi.
Zubdat-un Nisə Bəyim 17 fevral 1707-ci ildə, atasının ölümündən bir ay əvvəl vəfat etmişdir.
Bacısı və qardaşları Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub idi. Dilras Banunun atası Bədiüzzaman Mirzə Səfəvinin nəsli I İsmayıla qədər gedib çıxırdı. Bu Səfəvi sülaləsi tirəsi I İsmayılın oğlu Bəhram Mirzədən ortaya çıxmışdı. Bədiüüzzaman Mirzə moğol sarayında Şahnəvaz xan adı ilə tanınmaqda və Qucarat vilayətini idarə etməkdə idi. O, ən güclü moğol əyanlarından biri idi. Anası Dilras Banunun hamilə qalması ən azı 4 il aralıqlarla olmuşdur. Professor Annie Krieger-Krynicki hesab edir ki, onun hamiləlikləri arasaranın olmasının səbəbi Övrəngzibin Dilrasın kövrək sağlamlığına ziyan vurmaq istəmməsi həlledici amil olmuşdur. Çünki Övrəngzib Mümtaz Mahalın da buna görə vəfat etdiyini görmüşdü. Cütlük evliliklərinin 20-ci ilində artəq 5 uşaq sahibi idilər:
Şahzadə Zeb-un Nisə Bəyim (15 fevral 1638 - 26 may 1702) - evlənmədən vəfat etmişdir. Qardaşı Məhəmməd Əkbər anaları tez vəfat etdiyinə görə ona baxmışdır. Məşhur şairə və atasının sevimlisi idi. Lakin müəyyən səbəblərə görə ömrünün son 20 ilini həbsdə keçirmişdir. Şahzadə Zinət-un Nisə Bəyim (d. 5 oktyabr 1643 - ö. 7 may 1721) - Padşah Bəyim titulu daşımış və evlənməmişdir. Şahzadə Məhəmməd Əzəm Şah (28 iyun 1653 - 8 iyun 1707) - atasından sonra qısamüddətli imperator olmuşdur. Özünün əmisi Dara Şükuh qızı olan Şahzadə Cahanzeb Banu ilə evlənmişdir. Övladı olmuşdur. Hakimiyyətə gələ bilsə də, qısa müddət sonra öz ögey qardaşı Müəzzəm tərəfindən devrilmişdir. Özü və oğlu Bidar Bəxt döyüşdə öldürülmüşdür. Şahzadə Sultan Məhəmməd Əkbər (11 sentyabr 1657 - 31 mart 1706) - Dara Şükuhun nəvəsi ilə evlənmişdir. Atası Övrəngzibə qarşı uğursuz üsyan qaldırmış, bundan sonra Maratha kralının sarayına, daha sonra isə Səfəvi imperiyasına sığınmışdır. Məşhəd şəhərində vəfat etmiş və orada da dəfn edilmişdir.
Qeydlər
Həmçinin bax Məhəmməd Əkbər Məhəmməd Əzəm Şah Dilras Banu Bəyim Zeb-un Nisə Bəyim İstinadlar
Mənbə
Kateqoriya:Şahzadələr