250px|thumb|"Sodom and Qomorra". Müəllif: Piter Şubruk.
Sodom (, Sədom; mənası – «yanan»;Содом // Библейская энциклопедия архимандрита Никифора. — М., 1891—1892. ) və Qomorra (, ʿAmora; mənası – «batan»; ) — Bibliyada iki şəhər. Bibliyaya görə, onlar sakinlərinin günahlarına, xüsusən də pozğunluğa görə tanrı tərəfindən məhv edilmişdir. Sonrakı Bibliya ənənəsində Sodom və Qomorra tanrının qəzəbinə səbəb olan ən yüksək günahkarlığın təcəssümüdür.Содом и Гоморра. // Гуськова А. П., Сотин Б. В. Популярный словарь русского языка: Толково-энциклопедический. — М. : Русский язык-медиа, 2003. — XIV, 72 с. ISBN 5957600075
Şəhərlər Sodom beşbucağının bir hissəsi idi və Əhdi-ətiqə görə, Ölü dəniz ətrafında yerləşirdi. Buna baxmayaraq, onların dəqiq yeri məlum deyil. 2021-ci ildə dərc edilmiş araşdırmaya görə, Sodomun dağıdılması əfsanəsi təqribən e.ə. 1650-ci ildə Təl-əl-Hamam (indiki İordaniya) şəhəri üzərində asteroidin partlaması ilə bağlı ola bilər. Bu ərazidə 12–23 meqaton tutumlu asteroidin atmosferdə partladığı və nəticədə diametri təxminən 50 kilometr olan ərazinin duz təbəqəsi ilə örtüldüyü güman edilir. Odur ki, 120-yə yaxın yaşayış məntəqəsi növbəti 600 il tərk edilmiş halda qalmışdır. Tədqiqat elmi ictimaiyyət tərəfindən qarışıq rəylərlə qarşılanmışdır.
Sodomun adı Strabonun "Coğrafiya" əsərində, İosif Flavinin "Yəhudilərin qədimliyi" əsərində, Korneli Tasitin yazılarında çəkilir.
Qeydlər
İstinadlar
Kateqoriya:Məhv olmuş şəhərlər Kateqoriya:Bibliyadakı yerlər Kateqoriya:Kişi homoseksuallığı Kateqoriya:Xristian terminologiyası