Karl Abraham (; ) — Almaniya psixoanalitiki.Freud Museum at www.freud.org.uk O, libidonun pregenital mərhələsinə, psixozun təhlilinə dair əsərlərin müəllifi obyekt münasibətləri nəzəriyyəsinin inkişafının əsasını qoymuşdur.Энциклопедический словарь. 2009. АБРАХАМ Карл.

O, Eygen Bleylerin rəhbərliyi altında Sürixdəki Burqholtsli klinikasında (1904–1907) işləmiş, burada Karl Qustav Yunqun ideyalarına yaxınlaşmışdır. Abraham sonra Berlində özəl praktikant kimi çalışmışdır. 1907-ci ildə Ziqmund Freydlə tanış olmuşdur. Abraham bütün həyatı boyu Freydin ideyalarına yaxın qalmış, zamanla Yunqdan uzaqlaşmışdır. O, 1910-cu ildə Psixoanalitik Cəmiyyətin Vyanadan kənarda ilk şöbəsini – Berlin Psixoanalitik Assosiasiyasını təşkil etmiş və 1924-cü ildə onun prezidenti olmuşdur. Bu təşkilat əsasında bir klinika yaradılmışdır. Bunun sayəsində Berlin psixoanalitiklərin hazırlanması üçün mühüm mərkəzə çevrilmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Hilda Abraham: Karl Abraham. Sein Leben für die Psychoanalyse. Kindler, München 1976. ISBN 3-463-00650-2 Brigitte Kaderas: Karl Abrahams Bemühungen um einen Lehrauftrag für Psychoanalyse an der Friedrich-Wilhelms-Universität. Quellenedition der 'Denkschrift der Berliner Psychoanalytischen Vereinigung betreffend Einführung des psychoanalytischen Unterrichts an der Berliner Universität' und ihre Ablehnung. In: Jahrbuch für Universitätsgeschichte 1 (1998).

Xarici keçidlər

Работы К. Абрахама на русском языке

Kateqoriya:Almaniya psixoloqları Kateqoriya:Almaniya yəhudiləri