Əfqanıstan Azadlıq Cəbhəsi (ƏAC) — Əfqanıstanda fəaliyyət göstərən antitaliban silahlı qruplaşması. Əfqanıstanın bəzi bölgələrində ƏAC və Milli Müqavimət Cəbhəsi (MMC) Talibana qarşı əməliyyatlarda əməkdaşlıq edir.

MMC-nin təsir dairəsinin əsasən taciklər və Cəmiyyət-i İslamiyə meylli qruplara məhdudlaşdığını nəzərə alaraq ƏAC-nin MMC-yə tərəfdar döyüşçüləri öz sıralarına qatmağa çalışdığı iddia olunur.

Tarixi Əfqanıstan Azadlıq Cəbhəsi 2022-ci ilin mart ayında sosial media vasitəsilə ictimaiyyətə yaradıldığını elan etmişdir. ƏAC 14 apreldə məlumat vermişdir ki, onun döyüşçüləri eyni vaxtda Bədəxşan, Bəğlan, Qəndəhar, Pərvan, Təxar, Ləğman və Səmənganda taliban qüvvələri ilə toqquşmuşdur.

ƏAC 5 iyulda Bəgram aerodromuna raket hücumu təşkil etmişdir. Hücum nəticəsində altı taliban döyüşçüsü ölmüş, ikisini yaralanmışdır. Talibana aid hərbi vasitə də məhv edilmişdir. ƏAC döyüşçüləri 15 iyulda Bəğlan vilayətinin Xost va Fərəng rayonunda taliban hücumunun qarşısını almışdılar. 6 oktyabr 2022-ci ildə Qəndəharda ƏAC döyüşçülərinin taliban komandirinə sui-qəsd təşkil etdiyinə dair iddialar ortaya çıxmışdır.

İstinadlar

Kateqoriya:Əfqanıstan təşkilatları Kateqoriya:Müqavimət hərəkatları Kateqoriya:2022-ci ildə yarananlar