Savalan (Farsca:سبلان [Sabalan], ) — İran'ın Cənubi Azərbaycan bölgəsində yerləşən bir dağdır. Bu dağ Ərdəbil ostanında yerləşir. Savalan dağı geoloji olaraq yatmış vulkandır.
Savalan Dağı Ərdəbil şəhəri yaxınlığındadır. Hündürlüyü 4811http://www.mfi.ir/site/index.php?option=com_content&view=article&id=225:2008-09-16-13-56-18&catid=35:wiki&Itemid=48 m. Hündürlüyünə görə Cənubi Azərbaycan vilayətinin ən hündür dağı və İranın üçüncü hündür dağıdır. Savalanın düz zirvəsində göl yaranmışdır. Ərazisində dağ-xizək idmanı sahələri və turist bazaları yerləşir. Alpinizm üçün əlverişlidir.
Zirvəsi qarla örtülü olan Savalan dağının ətəyində qədim şəhərlər olan Ərdəbil, Sərab və Meşkin, həmçinin Ərşə mahalı yerləşir. Bu dağ Şimalda Araza, Cənubda isə Urmiya gölünə qədər olan ərazini su ilə təmin edir. Bu silsilə Qərbdən 20, Şərqdən isə 40 km enə mailkdir. Bu dağın ətəyi sıldırımlı olduğundan buradan keçmək olduqca çətindir. Lakin onun Qərb ətəklərində olan bəzi keçidlər (gədiklər) gediş-gəliş üçün əlverişlidir.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İran dağları
Kateqoriya:Stratovulkanlar Kateqoriya:Sönmüş vulkanlar Kateqoriya:Vulkanik göllər