thumb|Misir fironu Tutanxamon ögey bacısı Anhesenamon ilə evlənmişdir.

İnsest ( — «cinayətkar, təqsirli») — yaxın qan qohumları (valideynlər və uşaqlar, qardaşlar və bacılar) arasında cinsi əlaqə.Инцест // Каталымов Л. Л. Словарь по сексологии, 2007Инцест // В. М. Блейхер, И. В. Крук. Толковый словарь психиатрических терминов Bu fərdlərin bir-biri ilə evlənməsi qanun və ya adət-ənənə ilə qadağan edilmişdir. İnsest cəmiyyətlərdə hüquqi problemdən çox emosional məsələ olduğuna görə bundan bəhs edərkən ümumi olaraq qadağa əvəzinə tabu termininə üstünlük verilir. İnsest antropologiyada universal olaraq qəbul edilir, baxmayaraq ki, bu, müxtəlif cəmiyyətlərdə fərqli şəkildə tətbiq edilir və onun pozulmasına dair məlumat cəmiyyətdən cəmiyyətə geniş şəkildə fərqlənən reaksiyalara səbəb olur.Britannica, The Editors of Encyclopaedia. "incest ". Encyclopedia Britannica, 6 Oct. 2022. Accessed 23 December 2022.

Ümumiyyətlə, iki insan arasında genetik əlaqə nə qədər yaxındırsa, onlar arasında cinsi əlaqəni qadağan edən və ya çəkindirən tabu bir o qədər güclü və daha yüksək yüklüdür. Belə ki, ata ilə qız, ana ilə oğul və ya qardaş ilə bacı arasında cinsi əlaqə demək olar ki, hər yerdə qadağandır. Əmi ilə qardaşı/bacısıqızı və ya xala ilə qardaşı/bacısıoğlu arasında cinsi əlaqə də ümumiyyətlə tabu hesab edilir. Bəzi cəmiyyətlərdə xalaoğlu, xalaqızı, əmioğlu, əmiqızı, dayıoğlu, dayıqızı, bibioğlu və bibiqızı arasında münasibətlər də qadağandır.

İstinadlar

Əlavə ədəbiyyat

Элен Пара. Инцест в истории культуры // Элен Пара. Психология любви и сексуальности. — М.: Искусство XXI век, 2006, с. 140—159

Нешина А. Ю. Традиционные и новые баллады об инцесте // Вестник МГУ. Филология. 2001. № 3. С.135-147..

Xarici keçidlər Взгляды на инцест в контексте разных культур и традиций. Современное состояние проблемы Правогенез как фактор становления общества и человека Социально-культурные, морально-этические и исторические предпосылки установления уголовной ответственности за половые сношения между близкими родственниками Преступления на сексуальной почве в российской провинции второй половины XIX — начала XX века Inzeststrafbarkeit im internationalen Rechtsvergleich Кровосмешение Инцест и психоанализ

Kateqoriya:Ailə hüququ Kateqoriya:Pedofiliya Kateqoriya:Antropologiya