Turan Elman oğlu Manafov () — Cənubi Afrika Respublikasının "Stellenboş" klubunda oynayan azərbaycanlı futbolçu.

Karyera

Klub karyerası Turan Manafov futbola əvvəlcə Qarabağın, sonra isə Qəbələnin futbol akademiyasında başlayıb. Daha sonra "Qarabağ"a keçən futbolçu, "Qarabağ"ın 2017-ci il yay toplanışlarına qatılır və Rusiyanın "Axmat" klubu ilə yoldaşlıq oyununda Ansi Aqollini əvəzləyərək meydana çıxır. 2017-ci ildə Qarabağın Azərbaycan Premyer Liqasında bir neçə oyununda adı oyunun iştirak ərizəsinə salınır. Futbolçu həmçinin UEFA Çempionlar Liqasında iştirak edən komandaların gənc futbolçuarının iştirakı ilə keçirilən "UEFA Gənclər Liqası"nın qrup mərhələsinin ilk turunda keçiriləcən "Çelsi" U-19 — "Qarabağ" U-19 oyununda iştirak edir.

2018-ci ildə futbolçu "Sumqayıt" klubuna dəvət edilir. "Sumqayıt"ın əvəzedici komandasının heyətində, Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında meydana çıxır. 2018–19 mövsümundə "Sumqayıt"ın əsas heyətinə dəvət alır və 23 sentyabr 2018-ci ildə Azərbaycan Premyer Liqasında "Sumqayıt"ın "Keşlə" ilə oyununda debüt edir. Mövsümun ikinci yarısında futbolçu "Zaqatala" klubuna icarəyə verilir. 5 aprel 2019-cu ildə Azərbaycan çempionatının Birinci divizionunda baş tutmuş "Zaqatala" — "Səbail-2" oyununda qol vurur.

2019-u ilin yayında futbolçu "Səbail" klubuna transfer edilir. Komandanın əsas oyunçusuna çevrilən Turan, Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün ilk yarısında ən çox oyun keçirmiş gənc futbolçular siyahısında ən çox oyun keçirmiş iki gənc futbolçudan biri olur.

21 yanvar 2022-ci ildə Turan Manafov Yunanıstanın "Olimpiakos Volos" klubuna icarəyə verilir. Ancaq futbolçunun Yunanıstanda karyerası uzun çəkmir. Yunanıstan klubunun maliyyə problemləri yaşaması səbəbi ilə futbolçu 6 aydan sonra "Səbail" klubuna geri dönür.

10 sentyabr 2024-cü ildə "Kəpəz" Manafov ilə mövsümün sonuna kimi müqavilə imzalayıb. Həmin mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib. 30 iyun 2025-ci ildə klubdan ayrılıb. 2025-ci ildə CAR çempionatında çıxış edən "Stellenboş" klubuna keçmişdir.

29 yanvar 2026-cı ildə "Qəbələ" onu icarəyə götürüb. 1 iyun 2026-cı ildə Turan Manafovun icarə müqaviləsi bitib.

Beynəlxalq karyera O, 2019-cu ildə 21 yaşadək gənclərdən ibarət Azərbaycan milli komandasına dəvət alıb.

İstinadlar

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Səbail FK futbolçuları Kateqoriya:Zaqatala FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Yunanıstanda legioner futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Qəbələ FK futbolçuları