𐕍 (səslənməsi , transkripsiyası Q̇, q̇) — Alban əlifbasının 30-cu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı (Kár̄) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Q'ar" olmalıdır, çünki diakritik işarə açıq-aşkar erməni əlifbasında olmayan səsi bildirir və bu, udlaqlaşmış fonemin göstəricisidir. Bundan əlavə, tərkibində bu hərf olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində q hərfinə çevrilmişdir.J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, , 2008; 1-ci cild, səh. II-4–8 Qorxu mənasına gələn (q̇üw) və , iyirmi mənasına gələn (q̇å) və , sümük mənasındakı (hüwq̇en) və sözləri bu qanunauyğunluğun sübutudur. Erməni tədqiqatçı Aşot Abramyan isə səhvən bu hərfi Y hərfi ilə eyniləşdirirdi.Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 31-32
İstinadlar
Kateqoriya:Alban əlifbası