Alay Bəhramov () — Keçmiş azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan Liqasının 1997–98 və 2001–02Ölkə futbolunda yarananan qalmaqala görə çempionat yarımçıq dayandırılır. Bu hadisələrə görə bombardir olaraq Kənan Kərimov və Dmitri Kudinov qəbul edilir. mövsümunun bombardiri.

Azərbaycan çempionatları tarixində eyni komandada ən çox qol vuran oyunçular sıralamasında, "Viləş" klubunun heyətində vurduğu 93 qolla, siyahıda futbolçu Nazim Əliyevlə birlikdə 3–4-cü yerləri böluşdurur.

Karyerası Karyerasına Lənkəranın "Xəzər" komandasında başlayıb. 1989-cu ildə futbol üzrə SSRİ çempionaının ikinci dvizionun 9-cu qrupunda yarışan "Xəzər"in heyətində 32 oyunda meydana çıxaraq 2 qol vurur.

1990-cı ildə Masallının "Viləş" komandasına keçir. "Viləş"in heyəində 11 il çıxış edir. Bu müddətdə 250-dən çox oyunda meydana çıxır və 112 qol vurur. 1997–98 mövsümundə Azərbaycan Çempionatının bombardiri olur.

2001-ci ilin yayında "Şəmkir" klubuna keçir. "Şəmkir"də bir mövsüm oynayaraq 23 oyunda meydana çıxır və 15 qol vuraraq Azərbaycan çempionatının 2001–02 mövsümunun bombardiri olur.

İstinadlar

Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Viləş Masallı FK futbolçuları Kateqoriya:Azərbaycanlı futbolçular Kateqoriya:Şəmkir FK futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:SSRİ futbolçuları