thumb|333x333px |Ekspedisiya üzvləri Sikkimin Qanqtok məntəqəsində (soldan sağa): bilinmir, bilinməyən tibetli, Bruno Beger, Erst Şefer, Ser Basil Gould, Krause, bilinməyən tibetli, Karl Vienert, Edmund Geer, bilinmir, bilinmir. Tibetə alman ekspedisiyası (1938–1939) — 1938-ci ilin aprel ayından 1939-cu ilin avqustuna qədər Tibetdə aparılmış alman ekspedisiyası nəzərdə tutulur. Ekspedisiyaya alman zooloq ve SS-in zabiti Ernst Şefer rəhbərlik etmişdir.

Ekspedisiya fikri Nasistlərin Reichsführer-SS-i Henrix Himmler Ernst Şaferin həm alim, həm də kəşfçi kimi reputasiyasından Nasist propaqandası üçün yararlanmaq istəyirdi. Onda bu fikirlər Ernstin 1930–1931-ci illəri əhatə edən Çinə və Tibetə etdiyi ilk ekspedisiyasından sonra meydana çıxmış, 1934–1936-cı illəri əhatə edən ikinci ekspedisiyasından sonra daha da güclənmişdir. Himmler Ernstdən gələcək planları barədə soruşmuş, Ernst də Tibetə yeni ekspedisiya etmək fikrinin olduğunu, bu ekspedisiyanın isə Almaniya Xarici İşlər Nazirliyinin və ya Alman Araşdırma Fondunun mədəniyyət şöbəsinin himayəsi altında həyata keçirilməsini istədiyini bildirdi. Asiya mistikasına heyran olan Himmler SS Ahnenerbe (SS Soykök İrsi Cəmiyyəti) himayəsi altında bu ekspedisiyanın həyata keçirilməsini istəyirdi. Detlev Rose, L'expédition allemande au Tibet de 1938–39. Voyage scientifique ou quête de traces à motivation idéologique ? , in Synergies européennes — Bruxelles-Munich-Tübingen, novembre 2006 (article tiré de la revue Deutschland in Geschichte und Gegenwart, No 3–2006). Himmler Ernstdən Hanns Hörbigerin prevdo-elmi nəzəriyyəsi olan və SS Ahnenerbe tərəfindən təkmilləşdirilən "Glacial Cosmogony"ə əsaslanan araşdırma aparılmasını istəyirdi, lakin Ernstin elmə əsaslanan istəkləri var idi, buna görə də, bu nəzəriyyənin nümayəndəsi kimi tanınan Edmund Kissi öz komandasına qəbul edilməsini rədd edib elmi azadlığın təmin edilməsi üçün 12 şərt irəli sürdü. Ahnenerbenin təmsilçisi Volfram Sievers bundan sonra ekspedisiyanın hədəfləri barədə naraht olduğunu bildirərək onu tənqid etdi. Beləliklə, ekspedisiyanın Ahnenerbe tərəfindən təşkil edilməsi fikri ortadan qalxdı. Himmler isə ekspedisiyanın təşkil edilməsi üçün bütün üzvlərin SS-dən olması şərtini irəli sürürdü. Belə olduqda Ernstin başqa seçimi qalmırdı və o, hətta sponsorluq olmadan belə razılaşmağa məcbur oldu.

Ekspedisiyanın adı məsələsi Ernst ekspedisiyaya hazırlaşarkən sponsorluq üçün iş adamlarına yazdığı məktublarda "Şafer ekspedisiyası 1938/1939" ifadəsindən istifadə edirdi. Lakin Ahnenerbenin tələbi ilə ekspedisiyanın rəsmi sənədlərdə adı dəyişdirildi Alman Tibet Ekspedisiyası Ernst Schaefer (böyük hərflərlə) "Reichsführer-SS Himmlerin himayəsi altında və Ahnenerbe ilə əlaqəli şəkildə" (kiçik hərflərlə) deyə adlandırıldı.Detlev Rose, L'expédition allemande au Tibet de 1938–39. Voyage scientifique ou quête de traces à motivation idéologique ? , in Synergies européennes — Bruxelles-Munich-Tübingen, novembre 2006 (article taken from the Deutschland in Geschichte und Gegenwart journal, No 3–2006): "Le nom officiel de l’expédition était le suivant : " Expédition allemande Ernst Schäfer au Tibet " (= " Deutsche Tibetexpedition Ernst Schäfer ").Isrun Engelhardt, The Ernst-Schaefer-Tibet-Expedition (1938–1939): new light on the political history of Tibet in the first half of the 20th century , in McKay Alex (ed.), Tibet and Her Neighbours : A History 2003, Edition Hansjörg Mayer (London), : "The expedition’s name, however, had to be changed on the order of the 'Ahnenerbe' to 'German Tibet-Expedition Ernst Schaefer' (in big letters), under the patronage of the Reichsführer-SS Himmler and in connection with the Ahnenerbe (in small letters)."This designation is also used by the Namgyal Institute of Tibetology, Historic photographs of Sikkim ‘Who is behind the camera?’

Kəlküttə olan alman general-konsulu Almaniya XİN-ə yazdığı hesabatda ekspedisiyanın rəsmi başlığının qeyri-məhsuldar olduöunu bildirib onu tənqid etdi və bu adlandırmanın britaniyalılarda dərhal şübhə oyandırdığını bildirdi. Bundan sonra eyni adlandırma qəbul edildi — "Deutsche Tibet ekspedisiyası Ernst Schäfer". Ekspedisiya zamanı Ernst yazdığı məktublarda yalnız son versiyadan və ya "Şafer ekspedisiyası" adlandırmasından istifadə etdi. Başlıqda Ahnenerbe ifadəsi isşlədilən başlıqdan yalnız ekspedisiya yola çıxana qədər istifadə edilmişdir.Tibet in 1938–1939: The Ernst Schäfer Expedition to Tibet , Engelhardt 2007, p.17 and Note 38 p.250. During the expedition, Schäfer used only the latter letterhead or his original "Schaefer Expedition" paper. The Ahnenerbe-prescribed letterhead was used only prior to the expedition's departure.The Nazis of Tibet: A Twentieth Century Myth , Isrun Engelhardt, in: Monica Esposito (ed.), Images of Tibet in the 19th and 20th Centuries. Paris: École française d’Extrême-Orient (EFEO), coll. Études thématiques 22, vol. I, 2008, pp. 77–78.

İngilis yazıçısı Kristofer Heyl iddia edir ki, Şeferin SS-dən müstəqil olduğunu və sadəcə olaraq ekspedisiya üçün çap etdirdiyi xüsusi blankdan onun "saf elm" ilə məşğul olacağını təxmin etmək mümkün deyil. Bütün istəklər və məqsədlərlə birlikdə, ekspedisiya hələ də Himmlerin himayəsi altında qalmaqda idi və Ernst onun dəstəyini itirmək istəmirdi.Christopher Hale (2003): "He was careful to remove that second line when he arrived in Gangtok in British India. […] Some German historians have concluded from this that Schäfer was independent of the SS and was thus able to do 'pure science'. This was not the case. Himmler remained the expedition's patron and Schäfer clearly had no interest in losing his support."

Ekspedisiya zamanı ondan alman qəzetlərində və akademik jurnallarında "SS Tibet ekspedisiyasə" deyə bəhs edilməkdədir. Himmler ekspedisiyanın rəhbəri olduğu kimi, qrupa daxil olan digər 5 nəfər də SS zabiti idi. "SS Tibet ekspedisiyası" Ernestin özü tərəfindən Atlantis jurnalında da işlədilmişdir."an article by Ernst Schaefer from the magazine Atlantis date October 1939. This article had the subheading 'von Dr Ernst Schaefer Leiter der SS-Tibet-Expedition' ", (Ofcom, Broadcast Bulletin, Issue number 85–21/05/07, Fairness and Privacy Cases, Not Upheld, Complaint by Mr Roger Croston on behalf of Dr Bruno Beger Secret History: The Nazi Expedition, Channel 4, 12 July 2004 ). "SS Tibet ekspedisiyası" işlədilmə tərzi 1946-cı ildə Qərbi Avropadakı ABŞ hərbi kəşfiyyatı tərəfindən də işlədilməkdədir.The Activities of Dr. Ernst Schaefer, United States Forces — European Theater Military Intelligence Service Center, APO 757 Final Interrogation Report (OI-FIR) No. 32, Feb. 12, 1946: "A new Tibetan expedition, to be called the SS Tibet Expedition, was then in preparation."

Stanford Universitetinin Hoover İnistitutunda saxlanılan və "Henrix Himmler sənədləri registeri" adlanan arxuv sənədləri toplusunda 1939-cu ilə aid olan sənədlər bölməsində bu ekspedisiyadan "SS Tibet ekspedisiyası" adlandırılmaqdadır.

Bu ad hələ də Meçtild Rössler (2001) və Suzanna Heim (2002) kimi müasir tarixçilər tərəfindən də işlədilməkdədir. Peter Lavendanı da (2002) bu siyahıya daxildir.

Maliyyələşmə Kristofer Haleyə görə, Ernst ekspedisiya üçün 60 min reyxmarkdan daha çox pul tələb etmişdir, lakin SS-in kassaları həmin zaman üçün bitdiyi üçün o, bu pulları özü toplamağa məcbur olmuşdur.

Araşdırmaçı İsrun Engelhardtə görə, ekspedisiya Ahnenerbe tərəfindən maliyyələşdirilməmişdir. Ernst ekspedisiya üçün lazım olan pulun 80 faizini Alman Sənayesi İctimai Münasibətlər və Reklam Şurası, eləcə də alman biznes qurumları tərəfindən qarşılanmışdı. Alman Araşdırma Fondu və Bruk Dolan II isə yerdə qalan məbləği toplamışdı. Himmlerin şəxsi dostları isə ekspedisiya üzvlərinin Almaniyaya geri dönüş uçuşlarının xərcini ödəmişdilər.

ABŞ-a görə, ekspedisiyanın maliyyələşməsi müxtəlif dövlət və özəl qurumlar tərəfindən edilmiş, SS yalnız ekspedisiya üzvlərinin geri dönüş uçuş biletlərinin pulunu ödəmişdirlər. Ekspedisiyaya lazım olan ləvazimatların qiyməti 65 min reyxmark ikən, digər xərclər, geri dönüş biletləri də daxil olmaqla 65 min reyxmark təşkil etmişdir.The Activities of Dr. Ernst Schaefer, United States Forces — European Theater, Military Intelligence Service Center, APO 757 Final Interrogation Report (OI-FIR) No. 32, Feb. 12, 1946.

Üzvlər thumb|left|120px|Edmund Geer Tibetdə (1938). thumb|right|120px|Ernst Şefer Tibetdə (1938). Ernst Şafer 1935-ci ildə Siçuan şəhərindəki alman konsulluğuna gəldiyi zaman SS-in üzvü idi. O, bu zaman Asiyanın daxili hissələri, əsasən Hindistan və Çin ilə səyahətindən yeni qayıtmışdı. O, bu ekspedisiya zamanı digər iki ekspedisiya rəhbəri tərəfindən yerli tayfalardan olan qorxuya görə tərk edilmişdi. Ernst bu zaman ekspedisiyanı mütləq uğursuzluq vəziyyətindən böyük bir uğura qovuşdurmuş, SS onu SS-Untersturmführer rütbəsinə yüksəltmiş və ona məktub verərək Filadelfiya yolu ilə Almaniyaya geri yollamışdır. 1936-cı ilin iyununda Ernst Himmler ilə görüşdü və Himmler Sieversi, Galkeni məlumatlandıraraq Tibet ekspedisiyasına hazırlığın başladılmasını tapşırdı.

Ernst qrupa gənc və güclü şəxsləri götürdü ki, çətin yerlərdən olan yürüşə davam gətirə bilsinlər. Məşhur kəşfçi Vilhelm Filçnerin köməkçisi olmuş, 24 yaşlı Karl Vienert qrupun geoloqu idi. Digər 24 yaşlı gənc olan Edmund Geer ekspedisiyanın təşkil edilməsindəki texniki məsələləri həll etmək üçün qrupa götürülmüşdü. Qrupdakı ən yaşlı insan olan Ernst Krause 38 yaşında idi və qrupun həm rejissoru, həm də entomologisti olaraq fəaliyyət göstərirdi. 26 yaşlı Bruno Beger rassekunde mütəxəsisi olmaqla birlikdə, Hans. F. K. Günterin tələbəsi idi. O, qrupun antropoloqu idi.

Məqsədlər thumb|left|200px|Ernst Krause mavi fiği filmə alarkən. thumb|right|120px|Karl Vienert fotoqrametrik ölçmələr apararkən. Araşdırmaçı Rocer Kroston ekspedisiyanın məqsədi kimi "coğrafiya, kartoqrafiya, geologiya, yerin maqnitikası, iqlim, bitkilər, heyvanlar və bəşəriyyətlə əlaqəli təbiət elmlərinin sintezi ilə yanaşı Tibetin tam bioloji qeydinin vahidləşdirilməsi"ni göstərir.

Dr. İsrun Engelhardtın ekspedisiyanın məqsədinin "tam elmi" və 1930-cu illər Almaniyasının tarixi kontekstinin məşum olması səbəbindən bunun ekspedisiyanın məqsədlərinə də kölgə salması kimi nəticəsinə cavab olaraq britaniyalı yazıçı Kristofer Hale "Nasist botanikası" və ya "Nasist ornitologiyası" ideyası çox güman ki, absurd olsa da, digər elmlər o qədər də günahsız deyil – və Şeferin kiçik ekspedisiyası 1930-cu illərdə Alman elminin kəsişməsini təmsil edir deyə bildirməkdədir. Haleyə görə, "Üçüncü Reyxin antropologiyası və tibbi qatil inancını dəstəkləmək və tətbiq etmək üçün soyuqqanlı şəkildə istifadə edilmişdir". İddialardan biri də odur ki, ekspedisiyanın hədəfi Tibetin Aryan irqinin beşiyi olmasının sübut edilməsi olmuşdur. Antropoloq Bruno Beqer tərəfindən kəllə ölçülərinin götürülməsi və yerli əhalinin üz cizgilərinin çəkilməsi bu iddiaları doğruluq payının ola bilmə ehtimalını gücləndirməkdədir. thumb|left|200px|Ekspedisiyanın fotoqrafı. Heyl həmçinin təbliğat naziri Yozef Gebbelsin 1940-cı ildə alman qəzetlərinə verdiyi gizli xəbərdarlığın mövcudluğunu xatırladıb: "Tibet ekspedisiyasının əsas vəzifəsi" "siyasi və hərbi xarakter daşıyır" və "elmi sualların həlli ilə o qədər də əlaqəsi yoxdur". Sonda Gebbels bu məsələ barədə çox danışmağın mümkünsüzlüyünü bildirmişdir.

Lakin Kroston Engelhardt ilə razılaşır və bildirir ki, ekspedisiya elmi məqsəd üçün planlanmışdır…, lakin o dövrün siyasətinə qarışmışdır…Şaferin Himmlerin təklifini qəbul etməyi şiddətlə rədd etməsi və nəhayətində ekspedisiyanın Himmlerin SS-i və ya onun təşkilatları tərəfindən maliyyələşdirilməsi ona görə olmuşdur ki, çünki bu, onun işinin hüdudlarından kənarda qalacaqdı.