Ləngan — Azərbaycan Respublikasının Masallı rayonunun Təklə kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati — erazi bölgüsü. Məlumat toplusu. Bakı — 2013. 488 səh.

Toponimikası Biləsuvar çayının sahilində, Lənkəran ovalığında yerləşən bu kəndin əsasını XIX əsrdə Lənkəran qəzasında yaşayan Sığıncağ, Mollahəsənli, Xoşçobanlı və Ləngan tirələrinə ayrılan təklələrin Ləngan tirəsinə mənsub ailələr qoyduğu üçün kənd onların adı ilə adlandırılmışdır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.

Əhalisi Əhalisi 525 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.

Həmçinin bax

İstinadlar

Kateqoriya:Masallı rayonunun kəndləri