Dəmirören Xəbər Agentliyi, həmçinin "Dəmirörən" Xəbər Agentliyi və ya "Demirören" İnformasiya Agentliyi (, DHA) — Türkiyə informasiya agentliyi.
Tarixi 1999-cu ildə "Hürriyyət" Xəbər Agentliyi ilə "Milliyyət" Xəbər Agentliyinin birləşməsi ilə "Doğan Xəbər Agentliyi" adı ilə qurulmuşdur. 2011-ci ildə Türkiyədə 41, xaricdə isə 26 ofisi olmuşdur.Esra Elmas, Dilek Kurban (2011), "Communicating Democracy -Democratizing Communication - Media in Turkey: Legislation, Policies, Actors ", Türkiyə İqtisadi və Sosial Tədqiqatlar Fondu, p32 "DHA" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana tənqidi yanaşması ilə tanınırdı. Agentlik 2018-ci ilin martında "Doğan Holdinq" tərəfindən sahibi Ərdoğan hökumətinə yaxın olan "Dəmirören Holdinq"ə satılmışdır."Turkey’s last big independent media firm is snapped up by a regime ally," The Economist. March 27, 2018. Bundan sonra agentliyin adı "Demirören Xəbər Agentliyi" olaraq dəyişdirilmişdir.
Məzmunu Türkiyədə 34 ofisi olan DHA, müxtəlif yayım təşkilatlarına, xüsusən də "Dəmirören Media" qrupuna bağlı televiziya, radio və qəzetlərə xəbər və video xidmətləri göstərir. Burada ingilis, alman və Çin, eləcə də türk dillərində xəbərlər təqdim edilir.DHA, Künye
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1999-cu ildə yaranan şirkətlər Kateqoriya:Türkiyə şirkətləri Kateqoriya:1999-cu ildə Türkiyədə yarananlar