– Yaponiya mürəkkəb rəssamı.
Həyatı və karyerası Sesson Şukey 1504-cü ildə yapon mürəkkəb rəssamlığı mərkəzlərindən uzaqda yerləşən Hitaçidə doğulmuşdur. 1540-cı illərdə Aşina Moriucinin hamiliyi altında Ayzuda işləmişdir. 1550-ci illərdə isə Hoco ailəsinin hamiliyi altında Odavarada yerləşən Soun məbədində işləmişdir. 1573-cü ildə işdən çıxmışdır.
Üslubu Sessonun 60 rəsmdən ibarət toplusuna müxtəlif mövzular və nümunələr daxildir. Onun, xüsusilə, daoist ölümsüzlər və buludlar arasında əjdahalar haqqında rəsmləri məşhurdur. Peyzaj rəsmləri də çəkmişdir. Onun Yaponiya rəssamlığında etdiyi ən radikal dəyişiklik həm Çin, həm də yapon prototiplərindən uzaqlaşması olmuşdur. Onun "Setsumon teyşi" (1542) adlı traktatı növbəti işlərində ortaya qoyduğu nəzəriyyələri əks etdirir: təbiəti müşahidə etməyin və təbiəti sadələşdirmək üçün usta rəsmləri köçürməyin vacibliyi.
Sesson mürəkkəbin istifadəsinə diqqət ayırmış, xüsusilə, əsərlərində açıq və tünd tonallıqlardan istifadə etmişdir. O, rəssamlığı öz ifadə prinsiplərini təcəssüm etdirən formalar dünyası kimi görən ilk yapon rəssamı olmuşdur.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya rəssamları Kateqoriya:Yaponiya buddistləri Kateqoriya:XVI əsr rəssamları