Zinaida Gippius — rus yazıçısı, dramaturq, tənqidçi, rus simvolizminin nümayəndəsi.
Alman əsilli hüquqşünas ailəsində doğulub. Kiyevdə qızlar institutuna və Moskvada gimnaziyaya daxil olsa da, xəstəliyinə görə təhsilini yarımçıq qoyub və evdə lisey müəllimlərindən dərs alıb. Kiçik yaşlarından şeir yazmağa başlayıb. 1888-ci ildə "Şimal xəbərləri" jurnalında dərc edilən "İthaf" və "Nəğmə" şeirləri ilk mətbu əsərləridir. İlk nəsr əsərləri "Yeni insanlar" (1896), "Ayna" (1898) adlı kitablarında toplanmışdır. 1904-cü ildə çap olunan "Şeirlər toplusu. 1889–1903" adlı ilk şeir kitabı rus poeziyasında modernizmi zənginləşdirmişdir. Dövrünün inqilabi hərəkatının iştirakçılarından bəhs edən "Al-qırmızı qılınc" (1906) hekayələr toplusunun, "Lalələrin rəngi" (1908) dramının müəllifidir. 1920-ci ildən Parisdə yaşayıb. Onun təşəbbüsü əsasında xaricdə rus mədəniyyətinə maraq oyatmaq, müxtəlif mühacir ədəbi dairələri birləşdirmək məqsədilə Parisdə "Yaşıl çıraq" (1927–1939) cəmiyyəti yaradılıb. "Sonuncu dairə" (1972, bitməyib) poeması, esse və ədəbi-tənqidi məqalələri var.
İstinadlar
Kateqoriya:Rus yazıçılar Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:Rusiya tənqidçiləri Kateqoriya:Sürgün olunanlar Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Rusiya filosofları Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:XIX əsr dramaturqları