– Yaponiya buddist keşişi. Zen buddizminin Rinzay sektasına mənsub olmuşdur. O, ABŞ-də Zen buddizminə dair dərslər vermiş ilk şəxsdir.

Həyatı Soen Şaku 1859-cu ildə Yaponiyanın Vakasa əyalətinin Takahama yaşayış məntəqəsində doğulmuşdur. Kiotoda yerləşən Myoşin məbədində və Kamakurada yerləşən Enqaku məbədində təhsil aldıqdan sonra Keyo Universitetinə daxil olmuşdur. 1889-cu ildə universitetdən məzun olmuş, Seylon və Hindistana səyahət etmişdir. 1892-ci ildə Enqaku məbədinin abbatı təyin olunmuşdur.

O, 1905–1906-cı illərdə ABŞ-də Zen buddizminə dair mühazirələr vermiş, ABŞ-də Zen meditasiyası təşkil edən ilk şəxs olmuşdur. 1906-cı ildə "Amerikalılar üçün Zen" adlı əsəri nəşr olunmuşdur. Yazıları 40 cild şəklində nəşr olunmuşdur.

Şagirdləri Şagirdi olmuş D.T. Suzuki onun məsləhəti ilə ABŞ-yə getmişdir. Digər şagirdi Ozuma Çikudo Almaniyada təhsil alarkən Zen buddizmi haqqında almandilli kitab yazmış, Avropada Zenə qarşı maraq oyatmışdır.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Zen buddistləri Kateqoriya:Rinzay Kateqoriya:ABŞ-də buddizm