Tit Flavi Sabin (; ) — Roma ekviti və imperator Vespasianın atası. Həyatı Sabin İtaliyanın Sabina regionundakı Rieti şəhərində anadan olmuşdur. O, Tit Flavi Petro və həyat yoldaşı Tertullanın oğludur. Sabin Asiya vilayətində gömrük məmuru, sonra isə bankir kimi fəaliyyət göstərmişdir. O, burada "dürüst vergi yığan şəxsə" həsr olunmuş heykəlləri ilə təltif edilmiş, daha sonra isə Qalliyada helvetlər arasında Aventikumda bankir kimi fəaliyyət göstərmişdir. Sabin burada vəfat etmişdir.Gaius Suetonius Tranquillus, De Vita Caesarum, Vespasian 1.

İstinadlar

Kateqoriya:Flavilər sülaləsi