Qay Minisi Fundan (; ) — Qədim Roma hərbi və siyasi xadimi. O, Minisilər plebey ailəsindəndir. 107-ci ildə konsul-suffekt təyin edilmişdir.
Həyatı Retiyada aşkar edilmiş və 107-ci il tarixli hərbi diplomda qeyd edilən bir məlumat sayəsində məlum olur ki, Minisi bu dövrdə konsul-suffekt olmuşdur. Onun həmkarı Qay Vettenni Sever olmuşdur..
122–123-cü illərdə Fundan Asiya vilayətinin prokonsulu vəzifəsini icra etmişdir. Bu zaman o, sələfi Kvint Lisini Silvan Kvadroni Prokul tərəfindən imperator Adriana göndərilən vəxristianlar haqqında olan məktuba cavab almışdır. Əzabkeş Yustin tərəfindən qorunub-saxlanılmış reskriptdə Adrian fərman vermişdir ki, xristianları ittiham edənlər öz ittihamlarını sübut etmək yükünü daşımalı və əks təqdirdə böhtana görə cəzalandırılmalıdırlar.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Roma Respublikasının pretorları