Təklə — Azərbaycan Respublikasının Masallı rayonunun Təklə kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisi 1779 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimikası Təklə kəndi Lənkəran ovalığındadır. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı ildə Təklə Mirzəbaba I Təhmasibin (1524–1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti, II cild, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, "Şərq-Qərb", Bakı, 2007. səh.427
Din Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Həmçinin bax
Kateqoriya:Masallı rayonunun kəndləri