Ərəb Şamoyeviç Şamilov (, ), ədəbi təxəllüsü ilə Ərəbe Şamo (; ) — kürd əsilli SSRİ yazıçısı.
Həyatı Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir. Şamilov 1953-cü ildə azadlığa çıxandan sonra ədəbi fəaliyyətini davam etdirmişdir. O, 1967-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.
İstinadlar
Əlavə əəbiyyat Рашид М., Судьба народа, «Лит. Армения», 1966, № 5; Оганджанян Б., Писатель-ученый, «Коммунист» (Ереван), 1967, 22 янв.; Аристова Т., «Дым-дым». [Рец.], там же, 1970, 27 янв. Шамилов А. Дым-Дым. М. 1969 (2-изд. 1974) Шамилов, Араб Шамоевич // Краткая литературная энциклопедия / Гл. ред. А. А. Сурков. — М. : Советская энциклопедия, 1962—1978.
Xarici keçidlər Биобиблиографический словарь востоковедов — жертв политического террора в советский период (1917—1991)
Kateqoriya:Kürd yazıçılar Kateqoriya:Ermənistan yazıçıları Kateqoriya:Ermənistan inqilabçıları Kateqoriya:Ermənistan kürdləri Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Kürd dilində yazan yazıçılar