Əbu Səyyaf (ərəb. جماعة أبو سياف), həmçinin Əl-Hərəkətul-İslamiyyə kimi tanınan — Filippinin Mindanao və Basilan adalarında fəaliyyət göstərən bir neçə silahlı islami-terrorçu separatçı qruplardan biri. Onun lideri İsnilon Tothoni Hapilion 2014-cü il iyulun 23-də İŞİD xilafəti Əbu Bəkr əl-Bağdadiyə beyət edib.

Tarixi Əbu Səyyaf 1990-cı illərin əvvəllərində "əl-Qaidə"nin başçısı Usama ben Ladendən alınan vəsait hesabına yaranmışdırhttps://www.azerbaijan-news.az - Filippinli dəniz piyadaları "Əbu-Səyyaf"ın 14 üzvünü ələ keçirdilər. İstifadə tarixi: 11 fevral 2026..

Fəaliyyəti 2004-cü ildə Əbu Səyyafın Filippində "Superferri-14" bərəsini partlatması ilə başlayan yanğın nəticəsində 200 nəfərdən artıq adam həlak olubhttps://teleqraf.az - "Əbu Səyyaf"ın lideri məhv edildi. İstifadə tarixi: 11 fevral 2026.. Bu hadisə Filippin tarixində ən irimiqyaslı terror aktı hesab olunurhttps://apa.az - Filippində "Əbu Səyyaf" qruplaşmasının lideri məhv edilib. İstifadə tarixi: 11 fevral 2026..

İstinadlar

Kateqoriya:Əbu Səyyaf Kateqoriya:Terror təşkilatları Kateqoriya:Cihad qruplaşmaları Kateqoriya:İslam Dövlətinin vilayətləri