Əhməd Eyyub Türkaslan (; ) — qapıçı kimi çıxış etmiş Türkiyə futbolçusu.
Karyerası Əhməd Eyyub Türkaslan peşəkar karyerasına 2013-cü ildə "Buqsaşspor "da başlamış, 2016–2-17-ci illərdə isə "Osmanlıspor"da qısa müddətə icarə əsasında çıxış etmişdir. O, 3 iyun 2017-ci ildə "Osmanlıspor" heyətində "Beşiktaş"a 4:0 hesabı ilə məğlub olduqları matçda debüt etmişdir. Türkaslan 2020-ci ildə "Ümraniyəspor"a keçid etmişdir.
Türkaslan növbəti mövsüm "Yeni Malatyaspor" ilə 1 illik müqavilə imzalamışdır.
Şəxsi həyatı və vəfatı Əhməd Eyyub Türkaslan evli olmuşdur.
6 fevral 2023-cü ildə Türkaslanın Türkiyə–Suriya zəlzələsindən sonra çökən yaşayış binasının altında qaldığı bildirilmişdir. Onun öldüyü ilə bağlı iddiaları klubun prezidenti Hacı Əhməd Yaman təkzib etmiş, xilasetmə işlərinin hələ də davam etdiyini qeyd etmişdir. Dağıntılar altından xilas edilən həyat yoldaşı sosial şəbəkədə kömək istəmiş və əlavə etmişdir ki, ərazidə nə ekskavator, nə də kran yoxdur. Onun cəsədi 7 fevral 2023-cü ildə çıxarılmışdır. Türkaslanın vəfat etdəndə 28 yaşı var idi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qaziantepspor FK futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Türkiyə–Suriya zəlzələsində (2023) ölənlər Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə 2-ci Liqası futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları