Emilio Kandido Portes Xil (, ; ) — Meksika dövlət xadimi, İnstitusional İnqilab Partiyasının sədri və 1928–1930-ci illərdə Meksika Prezidenti.

Həyatı Portes Xil 1914-cü ilin sonundan Venustiano Karransanın rəhbərliyi altında inqilabi hərəkatda iştirak etmişdir. 1920-ci il prezident seçkilərində Karransaya qarşı Alvaro Obreqonu dəstəkləmişdir. Obreqon prezident seçildikdən sonra Portes Xil Tamaulipas ştatının müvəqqəti qubernatoru olmuşdur. O, həmçinin Plutarko Elias Kalyesin prezidentliyi dövründə, 1925–1928-ci illərdə Tamaulipas qubernatoru vəzifəsində çalışmışdır. Meksikanın müvəqqəti prezidenti kimi o, dövrün dominant siyasi qüvvəsi olan eks-prezident Kalyesin təsiri səbəbindən prezident səlahiyyətlərini sərbəst şəkildə həyata keçirə bilməmişdir.Britannica, The Editors of Encyclopaedia. "[https://www.britannica.com/biography/Emilio-Portes-Gil Emilio Portes Gil\". Encyclopedia Britannica, 6 Dec. 2022.

Portes Xil 1930–1931-ci illərdə Meksikanın yeganə siyasi partiyası olan İnstitusional İnqilab Partiyasının sədri olmuşdur. Daha sonra o, Meksikanın Fransadakı səfiri və 1931–1932-ci illərdə Millətlər Liqasının nümayəndəsi, baş prokuror və xarici işlər naziri olmuşdur. 1936-cı ildə siyasətdən təqaüdə çıxmışdır.

İstinadlar

Əlavə ədəbiyyat Alvardo Mendoza, Arturo. El Portesgilismo en Tamaulipas: Estudio ssobre lad Constitución de la Autoridad Pública en el México Postrevolucionario. Mexico City: Colegio de México, 1992. Ankerson, Dudley. "Emilio Portes Gil" in Encyclopedia of Mexico. Chicago: Fitzroy Dearborn 1997, pp. 1173-74. Covian Martínez, Vidal Efrén. Emilio Portes Gil: Gobernador Delahuertista de Tamaulipas. Ciudad Victoria: Siglo XX 1967. Dulles, John W.F. Yesterday in Mexico: A Chronicle of the Revolution, 1919-1936. Austin: University of Texas Press 1961. González, Hugo Pedro. Portesgilismo y Alemanismo en Tamaulipas. Ciudad Victoria: Universidad Autónoma de Tamaulipas, 1983. Krauze, Enrique, Mexico: Biography of Power. New York: HarperCollins 1997.

Xarici keçidlər

Kateqoriya:Meksika prezidentləri