Məryəm İcliyyə — X əsrdə Hələbdə fəaliyyət göstərmiş astrolyabiya ustası.

Həyatı İbn Nədimə görə, o, İcliyyə kimi tanınan başqa bir astrolyabiya ustasının qızı idi. O və atası Bağdaddan olan astrolyabiya ustası Nəstulusun şagirdi idi. Məryəm X əsrdə astronomiya aləti olan astrolyabiya istehsal etmişdir. O, 944-cü ildən 967-ci ilə qədər padşahlıq edən Hələbin ilk əmiri Seyfəddövlənin yanında fəaliyyət göstərirdi.

İstinadlar

Xarici keçidlər Astrolabe: the 13th Century iPhone – Daily Sabah GPS and its Islamic origins, The Star Online, 3 October 2013

Kateqoriya:Orta əsr alimləri Kateqoriya:Müsəlmanlar Kateqoriya:X əsr qadınları