250px|thumb|right|Yaxın Şərqdəki ən böyük aktiv qırılma xətləri: Şimali Anadolu - Zaqros və Levant - Şərqi Anadolu Şimali Anadolu fay xətti və ya Şimali Anadolu qırılma xətti yaxud Baş Anadolu fay xətti — Türkiyənin şimalında dərinlikdə yerləşən aktiv sağ tərəfli qırılma xətti. O, Avrasiya və Afrika plitələrinə nisbətən Anadolu plitəsinin qərbə doğru irəliləmə hərəkətinin böyük hissəsini təmin edən aktiv dərin sağ tərəfli sürüşmə qırılma xəttidir. Xüsusiyyətləri Qırılma xətti Kiçik Asiyanın şimal hissəsində Mərmərə dənizindən şərqə, sonra isə cənub-şərqdən Van gölünə qədər uzanır. Fay xəttinin əsas davamı müasir Zaqros qırığıdır. Ərzincan şəhəri ərazisindən başlayaraq ekstremal qərbdə demək olar ki, paralel üç qolu var. Ərzincan şəhəri yaxınlığında Şərqi Anadolu fay xətti ilə demək olar ki, düz bucaq altında kəsişir. Kəsişməyə yaxın hər iki qırılma digər qırılma boyunca kəsici yerdəyişmələr istiqamətində əyilir. Bu iki qırılmanın kəsişmə sahəsi seysmik baxımdan ən təhlükəlidir. Bu ərazidə dəfələrlə maqnitudası 7 baldan az olmayan zəlzələlər qeydə alınıb.USGS Worldwide Earthquake List. https://earthquake.usgs.gov/earthquakes/map/
1912-ci ildə Çanaqqalada zəlzələ olub. 26 dekabr 1939-cu ildə bölgənin ən böyük zəlzələsi Ərzincan şəhəri yaxınlığında baş verib. 1939-1944-cü illərdə baş vermiş bir sıra fəlakətli zəlzələlər ümumi sağ tərəfin 3-4,4 m sürüşməsinə və cənub cinahının 1 m-ə qədər qalxmasına səbəb olub. 1966-cı ildə Varto kəndi yaxınlığında baş verən güclü zəlzələ sağa sürüşməyə gətirib çıxarıb.
1999-cu ildə fay xəttində qərb ucunda 7,6 bal gücündə İzmit zəlzələsi Türkiyənin ən sıx məskunlaşdığı və sənayeləşmiş şəhər ərazilərindən birini vurdu. Zəlzələ 17.000-dən çox insanın ölümünə səbəb oldu.
Şimali Anadolu fay xətti boyunca 1939-cu ildən sonra 6 maqnituddan yuxarı zəlzələlər aşağıdakı cədvəldə əks olunub.
Hadisə Moment maqnitud İtkilər 1939, Ərzincan 7.8 32,700+ ölüm və 100,000+ yaralı 1942, Niksar–Erbaa 7.0 ~3,000 ölüm 1943, Tosya–Ladik 7.2 2,824 ölüm 1944, Bolu–Gerede 7.2 3,959 ölüm 1949, Karlıova 6.7 320 ölüm 1951, Kurşunlu 6.9 50 ölüm və 3,354 yaralı 1957, Abant 7.1 52 ölüm 1966, Varto 6.9 2,394 ölüm və 1,489 yaralı 1967, Mudurnu 7.1 86 ölüm, 332 yaralı 1992, Ərzincan 6.7 498+ ölüm və 2,000+ yaralı 1999, İzmit 7.6 17,118+ ölüm və 43,953+ yaralı 1999, Düzcə 7.2 845+ ölüm və 4,948 yaralı 2022, Düzcə 6.1 2 ölüm və 93 yaralı
İstinadlar
Xarici keçidlər Latest seismicity In Turkey Kuzey Anadolu Fayı'nın Keşfi YENİLENMİŞ DİRİ FAY HARİTALARI
Kateqoriya:Türkiyə geologiyası Kateqoriya:Türkiyədə zəlzələlər Kateqoriya:Türkiyə coğrafiyası