Sakai boğazı () — Honşu adasındakı Şimane (Şimane prefekturası) və Yumigahama (Tottori prefekturası) yarımadaları arasındakı boğaz. Nakaumi gölü ilə Yaponiya dənizini birləşdirən boğazın köhnə adı Nakaenosetodur.

Boğazın uzunluğu təqribən 7 km, eni 200–600 m, dərinliyi 7–9 m-dir.

"İzumo Fudoki" salnamələrində Tonoenosaki kimi xatırlanır.

1972-ci ildə böğaz üzərində uzunluğu 1714 m olan Sakai-Suido-Ohaşi körpüsü inşa edilir.

Boğaz Xiya çay sisteminin bir hissəsidir. Boğazın cənub sahilində Sakaiminato şəhəri yerləşir.

İstinadlar

Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Avrasiya boğazları Kateqoriya:Yaponiya boğazları Kateqoriya:Yapon dənizi