Spec Ops: The Line () — "Yager Development" tərəfindən hazırlanmış və "2k Games" tərəfindən yayımlanmış 2012-ci il üçüncü şəxs atıcı videooyunu. Bu, "Spec Ops" videooyun seriyasındakı onuncu epizoddur və rebutdur. Oyunda oyunçular müxtəlif qadcetlərdan istifadə edə, müxtəlif müdafiə vasitələrinin arxasında gizlənə, maneələrin üzərindən tullana və düşmənlərə atəş aça bilərlər. Oyuna "Darkside Game Studios" tərəfindən ayrı hazırlanmış onlayn çoxnəfərli rejimi daxildir. Burada oyunçulara həm əməkdaşlıq, həm də rəqabətli oyunda iştirak etməyə imkan yaradır. Oyunçu kəşfiyyat missiyasını icra etmək üçün elit "Delta" xüsusi təyinatlı dəstəsi ilə birlikdə fəlakətdən əziyyət çəkmiş Dubaya göndərilən kapitan Martin Volkeri idarə edir. Süjet xətti irəlilədikcə Volkerin ruhi sağlamlığı ağlı pisləşir, hallüsinasiyalar görməyə başlayır və yavaş-yavaş müharibənin dəhşətini dərk edir.
"Yager" oyunun istehsalına 2007-ci ildə başlamış, oyunun quruluş və hekayə çərçivəsinin formalaşdırılması zamanı Cozef Konradın 1899-cu ildə yazdığı "Qaranlığın ürəyi" romanı və 1979-cu ildə buraxılmış "Apokalipsis indi" filmi də daxil olmaqla müxtəlif mediadan ilham almışdır. Oyun "fiziki cəhətdən ziddiyyətli" olmaq və oyunçuların videooyunlarda müharibəyə əyləncə mənbəyi kimi baxmaq ilə bağlı düşüncələrini şübhə altına almaq, onlara müxtəlif mənəvi cəhətdən qeyri-müəyyən olan qərarlar vermək üçün nəzərdə tutulmuşdur. Oyunun buraxılış tarixi dəfələrlə təxirə salınmış, istehsalçı heyət isə bu vaxtdan oyunun süjetini dəqiqləşdirmək və onun tempini artırmaq üçün istifadə etmişdir. Oyunun saundtreki lisenziyalı musiqi və Elia Smiral tərəfindən bəstələnmiş orijinal musiqidən ibarətdir. Dubayı dağılmış vəziyyətdə təsvir etdiyinə görə oyun Birləşmiş Ərəb Əmirliklərində qadağan edilmişdir.
2009-cu ilin dekabrında elan edilən oyun 2012-ci ilin iyununda beynəlxalq səviyyədə "Windows", "PlayStation 3" və "Xbox 360" üçün satışa çıxarılmışdır. "Spec Ops: The Line" tənqidçilər tərəfindən ümumi olaraq müsbər rəylər almışdır. Oyun süjeti və onun əhatə etdiyi mövzulara görə təriflənmış, lakin onun onlayn çoxnəfərli rejimi və ümumi üçüncü şəxs geympleyi tənqid edilmişdir. Bu həmçinin, ilin sonunda, xüsusən də süjetinə görə bir neçə mükafata layiq görülmüş və nominasiya qazanmışdır, buraxılışından illər sonra kult məiyyət əldə etmişdir. Buna baxmayaraq, "Spec Ops: The Line" kommersiya baxımından uğursuzluq yaşamış və bu, oyunun sikveli olmayacağı barədə bəyanatın yayımlanmasına və nəticədə "Spec Ops" seriyasının sona çatmasına gətirib çıxarmışdır.
Geympley Oyunçu dörd çətinlik səviyyəsindən birini seçə bilər. Bunlara "Walk on the Beach" (), "Combat Op" (), "Suicide Mission" () və ən çətin səviyyə olan, yalnız oyunun "Suicide Mission" çətinliyində tamamladıqdan sonra açılan "FUBAR" daxildir. Oyun irəlilədikcə müxtəlif növdə yeni silahlar və avadanlıqlar əlçatan olur, onlardan bəziləri düşmənləri öldürməklə əldə olunur. Bunlara bir neçə müxtəlif tüfəng, tapança və pulemyotlar daxildir. Silahlardan bəziləri susdurucunun əlavə edilməsi və ya optik nişangahdan istifadə etmək kimi alternativ atəş rejimləri təklif edir. Həmçinin, oyunçular qumbaraatanları, əl qumbaraları və raketatanları əldə edərək onlardan istifadə edə bilərlər. Bununla belə, oyunçu eyni anda yalnız iki silah daşıya bilər. Oyunçunu sursat və qumbara ehtiyatını doldurmaq imkanı ilə təmin edən təchizat xəlvətxanalarını oyunun müxtəlif hissələrində tapmaq mümkündür. Oyunçu uğurla düşmənin kəlləsinə zərbə endirdiyi zaman oyun qısa müddətə yavaş hərəkət rejiminə keçir. Oyunçu həmçinin, əlbəyaxa döyüş yolu ilə düşmənləri yaxın məsafədən məğlub edə bilər. Ölən düşmənləri edam etmək mümkündür və beləliklə, oyunçular onlardan əlavə sursat əldə edə bilərlər. Oyunçu müdafiə vasitələrinin arxasında gizlənərək atılan mərmilərdən qoruna alır. Burada həmçinin, düşmənləri onların istiqamətinə baxmadan və ya əyilərək atəşə tutmaq imkanı yaranır.
250px|thumb|left|Oyunun müəyyən nöqtələrində qumdan düşmənləri öldürmək üçün istifadə etmək mümkündür. Oyun dəstəyə əsaslanan taktikalara diqqət yetirən üçüncü şəxs atıcıdır. Burada oyunçular oyunun çox hissəsində oyunçunu müşayiət edən serjant Luqo və leytenant Adamsa əmr verə bilərlər. Verilə biləcək əmrlərə atəşin müəyyən bir hədəfə yönəldilməsi və yaralı heyət üzvünə tibbi yardım tələbi daxildir. Adams ağır qadcetlərdən istifadə etməklə və ya qumbara atmaqla düşmənləri məğlub edə bilər, Luqo isə snayper yardımı göstərir. Bəzən qum fırtınaları kimi ətraf mühit təhlükələri baş verir və bu, oyunçunun görmə qabiliyyətini qabiliyyətini kəskin şəkildə azaldır. Qum əsas oyun mexaniki çevrilir, oyunçular oyunun əvvəlcədən müəyyən edilmiş anlarında onu manipulyasiya edə bilərlər. Düşmənləri diri-diri basdırmaq üçün qum uçqunu yaratmaq buna misal ola bilər. Qum üzərində qumbara partlayanda düşmənləri kor edə biləcək toz buludları əmələ gəlir. Qum bəzən oyunçuların irəliləməsinə imkan yaratmaq üçün yeni yollar açır.
Oyunçu oyun zamanı müəyyən məqamlarda mənəvi qərarlar verməlidir. Bura həm əsgərlərin, həm də mülki şəxslərin taleyini müəyyən edə biləcək seçimlər də daxildir. Bu qərarlar oyunçu personaj Martin Volker ilə onun silah yoldaşları arasındakı münasibətlərə təsir edir və onların fərqli reaksiya vermələrinə səbəb olur. Oyun əsas personajın artan ruhi və fiziki sıxıntısını vizuallaşdırmaq üçün bir neçə incə effektləri özündə birləşdirir. Hərbi formalarının deqradasiyası ilə yanaşı, Volker oyunun sonrakı hissələrində vizual və eşitmə hallüsinasiyalarından əziyyət çəkir, həmçinin o, düşmənləri daha şiddətli formada edam edir. Eynilə, yükləmə ekranları ilkin hissələrdə oyunçu üçün faydalı ipuçları göstərir, lakin oyun irəlilədikcə təqdim olunan mətn Volkerin hərəkətlərinə qarşı düşməncəsinə münasibət göstərir və bəzən oyunçuya birbaşa müraciət edərək dördüncü divarı qırır.
Oyunçular demək olar ki, hər səviyyədə oyunçuya əsas hekayədən əvvəl baş tutmuş hadisələr, həmçinin müəyyən personajların psixikası və motivasiyaları haqqında məlumat verən kəşfiyyat əşyalarını toplaya bilərlər.
Çoxnəfərli Rəqabətli çoxnəfərli oyunun əsas hekayəsindəki hadisələrdən əvvəlki mühiti əhatə edir. Burada oyunçuları iki fərqli komandaya bölünür. Bunlar "The Exiles" ( və "The Damned"dir (). Hər iki komandanın öz üstünlükləri var. Oyunçuların seçməsi üçün altı sinif mövcuddur. Bunlar "Gunner" (), "Medic" (), "Scavenger" (), "Breacher" (), "Sniper" () "Officer"dir (). Qum fırtınaları da daxil olmaqla, ətraf mühit təhlükələri çoxnəfərli matç zamanı da baş verə bilər. Çoxnəfərli rejimdə təqdim olunan oyun rejimlərinə aşağıdakılar daxildir:
Xaos: Oyunçuların digər oyunçuları aradan qaldırdığı hamı-hamıya rejimi. Qiyam: Oyunçulardan ibarət komandanın rəqib komandanı aradan qaldırdığı komanda ölüm matçı rejimi. Yığıncaq nöqtəsi: Oyunçuların yığıncaq nöqtəsini qoruduğu və komandaları üçün xal topladığı "Təpənin kralı" tipli matç. Uplink: Hər iki komandaya mərkəzi ralli nöqtəsini tutmaq və xal almalarının qarşısını almaq üçün rəqib komandanın COM Stansiyasını söndürmək tapşırılıb. Tükənmə: Oyunçular hər raundda yalnız bir həyatla və raund başa çatana qədər yenidən spaun olmamaq şərtilə üç komandadan ibarət seçmə mərhələsində iştirak edirlər. Basdırılmış: Oyunçulardan ibarət komandaya rəqib komandanın həyat nöqtələrini məhv etmək tapşırılır. Bunun nəticəsində rəqib komandanın yüksək dəyərli hədəfi ortaya çıxır. Oyunçulara matçda qalib gəlmək üçün rəqib komandanın yüksək dəyərli hədəfini aradan qaldırmaq tapşırığı verilir.
Seçiləsi dörd missiya ilə buraxıldıqdan sonra oyuna iki oyunçulu kooperativ rejim əlavə edilmişdir. Oyunçulara bir çox düşmən dalğalarını məğlub etmək və orda rejiminə bənzər bir sıra hədəfləri tamamlamaq tapşırılmışdır.
Məzmun Qurma
Oyun hadisələrindən altı ay əvvəl Dubayda tarixdə qeydə alınmış ən pis qum fırtınaları başlamışdır. Şəhərin siyasətçiləri və varlı elitası vəziyyətin gərginliyini gizlətmiş, daha sonra gizli şəkildə Dubayı evakuasiya etmişdir. Beləliklə, şəhər ətrafdakı səhra ilə büründüyünə görə saysız-hesabsız əmirlikli və əcnəbi miqrant işçilər Dubayda ilişib qalmışdır. Birləşmiş Ştatlar Ordusunun "Lənətlənmiş 33-cü" ləqəbli Piyada Batalyonunun komandiri, çoxsaylı mükafatlara layiq görülmüş və posttravmatik stress pozuntusu ilə bağlı problemlər yaşayan polkovnik-leytenant Con Konrad (Brüs Boksleytner) fırtınalar zamanı Əfqanıstandan öz bölməsi ilə ABŞ-a qayıdırdı. Konrad yardım səylərinə kömək etmək üçün 33-cü Piyada Batalyonu ilə birlikdə könüllü olaraq Dubaya getmiş və nəticədə, Birləşmiş Ştatlar Ordusunun bütün batalyonla birlikdə şəhəri, oradakı qaçqınları tərk etmək və batalyonla birlikdə fərarilik etmək əmrini yerinə yetirməkdən imtina etmişdir. Sonradan fırtınalar güclənmiş və Dubayı nəhəng tufan divarı bürümüşdür. Bu, nəzarəti, hava səyahətini və ən güclülərindən başqa bütün radio yayımlarını pozmuşdur. 128 km/saat sürətlə əsən küləklər, iğtişaşlar və azalan resurslar şəraitində asayişi qorumaq üçün mübarizə aparan 33-cü Piyada Batalyonu hərbi vəziyyət elan etmiş və mülki əhaliyə qarşı vəhşiliklər törətməyə başlamışdır. 33-cü Piyada Batalyonunun ştabı bundan qəzəbləmiş və Konrada qarşı çevriliş etmiş, lakin burada məğlub olmuşdur. MKİ daha sonra araşdırma aparmaq məqsədilə şəhərə bir qara əməliyyatlar qrupu göndərmişdir. Onlar öz planlarının bir hissəsi olaraq 33-cü Piyada Batalyonuna hücum etmələri üçün yerli əhalini üsyançılara çevirmiş və bu, sonda atəşkəslə nəticələnmişdir. Dubaydan gələn sonuncu xəbərdə bildirilmişdir ki, 33-cü Piyada Batalyonu bir karvanı şəhərdən çıxarmağa çalışırdı. Karvan hədəf nöqtəsinə çata bilməmiş və qısa müddət sonra Birləşmiş Ərəb Əmirlikləri Dubayı neytral zona elan etmişdir. Şəhərə bütün səyahətlər qadağan edilmiş, 33-cü Piyada Batalyonu xəyanətə görə açıq şəkildə etibarsız elan edilmiş və şəhərdən başqa heç bir xəbər çıxmamışdır.
Oyunun süjetinin başlamasına iki həftə qalmış, nəhayət, radio siqnalı fırtına divarından keçə bilmişdir. Verilən mesaj qısa idi: "Bu, Birləşmiş Ştatlar Ordusunun polkovniki Con Konraddır. Dubayın evakuasiyası cəhdi tam uğursuzluqla başa çatmışdır. Ölənlərin sayı ... həddən artıq çoxdur". Birləşmiş Ştatlar ordusu kəşfiyyat aparmaq üçün üç nəfərdən ibarət elit bir "Delta Force" qrupunu gizli şəkildə şəhərə göndərmək qərarına gəlmişdir. Komandaya Əfqanıstanda Konradla birlikdə xidmət etmiş kapitan Martin Volker (Nolan Nort) rəhbərlik edirdi. Volker, baş leytenant Alfonso Adams (Kristofer Rid) və baş serjant Con Luqoya (Omid Abtahi) sağ qalanların varlığını təsdiqləmək, sonra dərhal ərazidən çıxarılmaq üçün radioya müraciət etmək əmri verilmişdir.
Süjet Oyunun süjeti "in medias res" olaraq Volker, Adams və Luqonun Dubayın göydələnləri arasından uçan helikopterdə, onları təqib edən daha bir neçə helikopterlə atışması ilə başlayır. Bunun ardınca qəfil qum fırtınası əmələ gəlir və bu, onları təqib edən helikopterlərdən birinin idarədən çıxmasına və onlara çırpılmasına səbəb olur. Hekayə daha sonra başlanğıc nöqtəsinə qayıdır və burada, "Delta Force" dəstəsi fırtına divarını keçərək əksər hissəsi qumların altında qalmış Dubayın kənarına doğru irəliləyir. Daha sonra onlar MKİ agenti Kastavinin başçılıq etdiyi bir qrup üsyançı ilə təmasda olurlar və onlarla münaqişəyə girirlər. Üsyançılar "Lənətlənmiş 33-cü"nün qalıqları ilə yenidən münaqişəyə girmişdilər. Dəstə səyahətlərinin qalan hissəsi boyunca keçmiş jurnalist, bir vaxtlar "Lənətlənmiş 33-cü" ilə birləşdirilən və indi onların adından danışan DJ-yə çevrilmiş, "radioçu" (; Ceyk Büzi) kimi tanınan bir şəxs tərəfindən səsləndirilən çıxışları eşidir. "Lənətlənmiş 33-cü"nün sərəncamdan çıxmış ola biləcəyini düşünən Volker ona verilən əmrlərə tabe olmamağı və Konradı tapmağı seçir.