Kuinci adına İncəsənət Muzeyi () – Ukraynanın Mariupol şəhərində yerləşmiş keçmiş incəsənət muzeyi. Mariupol şəhərində anadan olmuş rəssam Arxip Kuincinin həyat və yaradıcılığına həsr olunub. Muzeyin açılışı 30 oktyabr 2010-cu ildə baş tutsa da, onun yaradılması XX əsrdə təklif edilmişdir.
Muzey 21 mart 2022-ci ildə Mariupolun mühasirəsi zamanı hava hücumu nəticəsində dağıdılmışdır. Hava hücumu zamanı Kuincinin üç orijinal əsəri muzeydə olmasa da, digər rəssamların əsərləri var idi.
Tarixi Mariupol şəhərində Arxip Kuinciyə həsr olunmuş muzeyin yaradılması ilk dəfə 1914-cü ildə təklif edilmişdir. Muzey üçün ilkin əsərlərin Kuinchi Rəssamlar Cəmiyyəti tərəfindən verilməsi planlaşdırmış, lakin Birinci Dünya müharibəsi qərarın qəbul edilməsini gecikdirmişdir. 1960-cı illərdə muzeyin yaradılması ideyası bir daha müzakirə olunmuş, lakin muzey üçün maliyyə vəsaiti tapılmamış, nəticədə, bunun əvəzinə Kuinci Sərgi Mərkəzi açılmışdır. 1997-ci ildə muzeyin yaradılması üçün işlərə başlanılmış və 2008-ci ildə bərpa işlərinə start verilmişdir.
Muzey 30 oktyabr 2010-cu ildə Mariupol Diyarşünaslıq Muzeyinin filialı kimi açılmışdır. Muzey 1902-ci ildə Real məktəbinin qurucusu ilə evlənmiş Valentina Qacinovaya toy hədiyyəsi kimi tikilmiş binada yerləşirdi. 2015-ci ildə muzeydə Kuincinin anadan olmasının 175 illiyi qeyd olunmuşdur. 2019-cu ildə Fransanın Ukraynadakı səfiri İzabella Dümon muzeyi ziyarət edərək Kuincinin yaradıcılığını yüksək qiymətləndirmişdir.
Muzey 21 mart 2022-ci ildə Mariupolun mühasirəsi zamanı həyata keçirilmiş hava hücumu nəticəsində dağıdılmışdır. Kuincinin üç orijinal əsəri hava hücumu zamanı muzeydə olmasa da, digər rəssamların əsərləri var idi. Digər rəssamlara aid rəsm əsərlərinin taleyi məlum deyil. Bu rəssamlara İvan Ayvazovski, Mikola Hluşçenko, Tetyana Yablonska, Mixaylo Derequs, Andrii Kotska, Mikola Bendrik və Leonid Qadi aiddir.
Kolleksiyalar və tədqiqatlar Muzeyin incəsənət kolleksiyasına 650 rəsm əsəri, 960 qrafik iş, 150 heykəl və 300-dən çox dekorativ sənət əsəri daxildir. Bu kolleksiyanın böyük hissəsi XX əsrdə Mariupol Yerli Tarix Muzeyi tərəfindən hazırlanmışdır.
Muzeydə Kuincinin üç orijinal əsəri, eləcə də, əsərlərinin surətləri saxlanılırdı. Bu orijinal əsərlər 1960-cı illərdə Dövlət Rus Muzeyi tərəfindən Mariupoldakı yerli tarix muzeyinə hədiyyə edilmiş "Qırmızı Qərb", " Payız – Krım" və "Elbrus" eskizləridir. Onların hazırda harada olduğu bilinmir.
Muzeydə Kuinchinin həyatına aid sənədlər, habelə, 1841-ci ilə aid Ukraynada doğum haqqında şəhadətnaməsinin surəti saxlanılır. Muzeyin kolleksiyasına Viktoriya Kovalçuk, həmçinin İvan Ayvazovski, Vasili Vereşşagin, İvan Şişkin və başqalarının əsərləri daxildir.
Qalereya
İstinadlar
Xarici keçidlər Virtual muzey turu Kuinci İncəsənət Muzeyinin təsviri və fotoşəkilləri Muzey direktoru həmkarının nə etdiyini görəndə şoka düşdü
Kateqoriya:2010-cu illərdə Ukraynada yarananlar Kateqoriya:2022-ci ildə Avropada ləğv olunanlar Kateqoriya:Ukrayna muzeyləri Kateqoriya:Bir rəssama həsr olunmuş muzeylər Kateqoriya:Keçmiş muzeylər Kateqoriya:Mariupol Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda) Kateqoriya:2010-cu ildə yaradılmış muzeylər