() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Azərbaycanda 4 yarımnövü qeydə alınmışdır. Qafqaz yarımnövü Samur, Dəvəçi ovalığını, Lənkəran sahəsini, Kiçik Qafqazın dağətəklərində məskunlaşır. Qalan 2 yarımnöv aran rayonlarda qışlamada müşahidə olunur. Yaşlı sığırçın qara rəngdə parlaq metallik çalarlıdır. Qanadları və quyruğu qonurdur. Payız-qış mövsümündə bütün bədəni sıx-ağ çillərlə örtülür. Cavanlar qonurdur. Sürü halında gəzir. Yemini torpaqda və ağaclarda yığır. Çox vaxt ev heyvanları ilə qida kommensalizini və protokooperasiya əmələ gətirir. Növün Arealı Avropa, Asiya, Şimal-Qərbi Afrikadır. Arealın cənub hissələrində qışlayır. Azərbaycanda adi oturaq quşdur. Qış mövsümündə şimaldan və dağlardan uçub gəlmiş fərdlərin hesabına aran rayonlarında çoxsaylı olur. Yerli populyasiyanın fərdləri mövsüm ərzində 2 dəfə çoxalır. Yuvasını qapalı şəraitdə koğuşlarda, yuvalarda, binaların amları altında və.s qurur. Aprel-iyulda 4-7 göy yumurta qoyur. Valideynlərin təkrar çoxalma dövründə cavanlar ayrıca dəstələr əmələ gətirir. Həşərat və giləmeyvə ilə qidalanır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:Pakistan quşları Kateqoriya:Azərbaycan quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:ABŞ quşları Kateqoriya:Afrika faunası Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:Sinantrop növlər Kateqoriya:Danışan quşlar Kateqoriya:Afrika quşları Kateqoriya:Avrasiya quşları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar