Guitar Songs — amerikalı müğənni Billi Aylişin ikinci minialbomu. 21 iyul 2022-ci ildə "Darkroom" və "Interscope Records" tərəfindən rəqəmsal formatda buraxılıb. B. Ayliş minialbomu əvvəlcədən elan etmədən sürpriz şəkildə dinləyicilərin ixtiyarına veriv. Minialbomda yer alan hər iki trekin prodüser ifaçının qardaşı Finneas Okonnelldir.

Trek siyahısı

Kateqoriya:2022-ci ilin minialbomları