Pediatrik neyrocərrahiyyə sinir sistemi, beyin və onurğa beyni ilə əlaqəli cərrahi prosedurları özündə cəmləşdirən və operativ nevroloji xəstəlikləri olan uşaqları müalicə edən neyrocərrahiyyənin alt ixtisasıdır.

Tarixi 1929-cu ildə Harvi Kuşinq və Frank İnqreham tərəfindən əsası qoyulan Boston Uşaq Xəstəxanası ABŞ-də uşaqlar üçün ixtisaslaşdırılmış neyrocərrahiyyə xidməti göstərən ilk xəstəxana idi.

2009-cu il etibarı ilə ABŞ-də 200-dən az uşaq neyrocərrahı var idi. Onların təxminən 80%-ni kişilər təşkil edirdi. Son 25 ildə uşaq neyrocərrahiyyəsi proqramını 391 həkim bitirib. Onların yalnız 70%-i böyüklər üçün neyrocərrahiyyədən ilk növbədə uşaq neyrocərrahiyyəsinə yönəlib. Onların təxminən 70%-i isə akademik tibbdədir.

İstinadlar

Kateqoriya:Neyrocərrahiyyə Kateqoriya:Pediatriya