Aşağı Ləgər (ləzgi. Лакар — «Lakar») — Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Ləgər kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Çar imperiyası ilə mübarizə

XIX əsrdə Lakar kəndinin sakinləri imam Qazi Məhəmməd Xuluxvi və abrek Ali Hilivinin rəhbərliyi altında 1837-ci ildə Rus çarına qarşı baş vermiş xalq üsyanında iştirak etmişlər. Həmin dövrdə İmam Vəlibəy Şahramazanxo Lakar kəndindən müsəlman ləzgi döyüşçü dəstəsi toplayaraq onlara dəstək vermişdirЦГВИА. Ф. ВУА. Д. 6356. Л. 19-39.

Sovet hakimiyyəti ilə mübarizə

1920–1930-cu illərdə bolşeviklər erməni daşnakları ilə birlikdə bir neçə dəfə dinc müsəlman ləzgi kəndlərinə hücum etmiş həmçinin Lakar kəndinə, ləzgilər isə onlara cavab olaraq silahlı mübarizəyə qalxmışdılar. Hadisələrdən sonra bolşeviklər ləzgilərdən qisas almaq üçün Şaumyanı 1918-ci il 4 iyulda 10 min nəfərlik hərbi qüvvə ilə müsəlman ləzgilərin üstünə göndəriblər. Bolşeviklər sayca üstün olmalarına baxmayaraq, ləzgiləri məğlub edə bilməyib, iki həftə davam edən döyüşlərdə təxminən 2 min əsgər itirmiş və geri çəkilməyə məcbur olmuşdular. Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilməmişdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il Sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxır.

Toponimikası Kəndin adının ləzgilərin leg tayfasının adından götürülməsi də ehtimal olunur. Aşağı Ləgər oyk, mür. Xaçmaz r-nunun Xudat şəhər i.ə.v.-də qəsəbə. Samur–Dəvəçi ovalığındadır. Çkalov adına sovxozun 5-ci şöbəsi yanında yaranmış bu kənd 1965-ci ildən Aşağı Ləgər qəsəbəsi adlandırılmışdır; Qusar maili düzənliyindədir. Oykonim "aşağıda yerləşən Ləgər kəndi" deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1790 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 1926-cı ildə kənddə 1230 nəfər, 2018-ci ilin məlumatına görə, 2000 nəfər yaşayır.

Sixillər

Kəndəki sixillər (klanlar, soylar):

Ayibar Piremar Seferar Şag’basar Şuxunar Sek’er Tag’irar

Coğrafiyası və iqlimi Rayon mərkəzindən 9 km şimalda, Qusar maili düzənliyindədir.

Həmçinin bax Qusar rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Qusar rayonunun kəndləri