– Yaponiya dövlətinin ərazisində yaşayan azərbaycanlılar. Yaponiyada Azərbaycan diasporu 2000-ci illərdə fəaliyyət göstərməyə başlayıb.

Tarixi 1920-ci illərdə Rusiyadan Yaponiyaya İdil-Ural türklərinin miqrasiyası baş vermişdir. Onlar özlərini "tatarlar" və ya "türk-tatarlar" adlandırmış olsalar da, aralarında azərbaycanəsilli şəxslər də olmuşdur.

Statistika + Yaşayış statusuna görə № Yaşayış statusu Say 1 Təhsil 32 2 Daimi yaşayış 26 3 Ailədə qalmaq 23 2022-ci ilin məlumatına əsasən Yaponiyada 157 Azərbaycan vətəndaşı yaşayır. Yaponiya azərbaycanlıları əsasən tələbələr, səfirlik işçiləri, yerli şirkətlərdə çalışanlar və onların ailə üzvlərindən ibarətdir.

Azərbaycan azərbaycanlıları ilə yanaşı Yaponiyada az sayda İran azərbaycanlıları da yaşayır. Onların arasında yaponiyalı xanımlarla evli olanlar daha çoxdur. Tokioda böyümüş İran azərbaycanlılarından biri olan Parsi Parsinejad Mirzə Fətəli Axundovun kötücəsidir.

Tanınmış şəxslər Xəlil Kələntər – 1981-ci ildən Naqoya və Tokio şəhərlərində yaşayan elektrik mühəndisi.Xəlil Kələntər: “Azərbaycan bütün dünyada yaşayan azərbaycanlıların vətənidir” . azertag.az, 03.07.2014 Gülnarə Səfərova – Bakı Musiqi Akademiyasının məzunu olmuş qadın pianoçu. Əlibəy Məmmədov – Hokkaydo Universitetinin siyasi elmlər üzrə doktorantı, Yaponiya–Azərbaycan Əməkdaşlıq Assosasiyasının təsisçisi və sədri. – Azərbaycan əsilli yapon fotomodel və aktrisa.

Həmçinin bax Yaponiya türkləri Yaponiya tatarları və başqırdları

İstinadlar