Rozafa qalası () və ya Şkoder qalası () — Albaniyanın şimal-qərbində, Şkoder şəhəri yaxınlığında yerləşən qala.

O, dəniz səviyyəsindən 130 metr (430 fut) hündürlükdə, Buna və Drin çayları ilə əhatə olunmuş qayalı təpədə yerləşir. Şkoder qraflığının mərkəzi olan qala, Albaniyanın ən qədim və tarixi şəhərlərindən biri, həmçinin mühüm mədəniyyət və iqtisadi mərkəzi olmuşdur. Tarixi Qədim dövr Strateji mövqeyinə görə təpədə qədim zamanlardan məskunlaşma olmuşdur. Paytaxtı Şkoder olan Labiate və Ardiyanın hakimiyyəti dövründə İlliriya qalası idi.

Üçüncü İlliriya müharibəsi zamanı İlliriya kralı Gentiy qüvvələrini Şkodrada cəmlədi. Lusiy Anisiy Qallın başçılıq etdiyi Roma ordusunun hücumuna məruz qaldıqda, Gentiy şəhərə qaçdı və qardaşı Karvantiyin hər an böyük xilasedici qoşunla gələcəyinə ümid edərək orada tələyə düşdü, lakin bu baş vermədi. Məğlubiyyətdən sonra Gentiy Roma sərkərdəsi ilə danışıqlar aparmaq üçün iki görkəmli qəbilə başçısı onun yanına Tevtik və Belli elçi göndərdi. Barışığın üçüncü günündə Gentiy romalılara təslim oldu, həbs edildi və Romaya göndərildi. Roma ordusu Şkoder gölünün şimalına yürüş etdi, burada Medunda Gentiy arvadı kraliça Etutanı, qardaşı Karavantiy, oğulları Skerdilaydas və Plevrat ilə birlikdə və bir çox İlliriyalıları əsir aldılar.

E.ə. 168-ci ildə Ardiya krallığının süqutu Tit Livi tərəfindən Romada Anisiyin zəfərinin təntənəli şəkildə qeyd olunduğu nəql olunur:

Orta əsrlər və Osmanlı dövrü XIX əsr alman müəllifi və kəşfiyyatçısı İohann Georg von Han, qədim və orta əsrlərə aid Rozafa təpəsinin şəhərin cənubunda, təpə ilə Buna və Drin qovşağı arasında yerləşdiyini irəli sürmüşdü. Bu günə qədər qorunub saxlanılan istehkamlar əsasən Venesiya dövründən qalmadır.

Qalanın içərisində XIII əsrə aid, alimlər tərəfindən Müqəddəs Stefan kafedralı kimi qəbul edilən Venesiya Katolik kilsəsinin xarabalıqları var. Bura XV əsrdə Şkoderin mühasirəsindən sonra Osmanlı imperatorluğu şəhəri ələ keçirincə Fateh Sultan Mehmed məscidinə çevrildi. Qala 1478-79-cu illə və 1912-13-cü illərdə Şkoderin mühasirəsi də daxil olmaqla bir neçə tanınan mühasirənin yeri olmuşdur. Qala və onun ətrafı Albaniyanın Arxeoloji Parkını təşkil edir.

Turizm +Ümumi ZiyarətçilərDövrZiyarətçilər201638,631201750,000 Qalereya

Həmçinin bax Konstantin və Doruntina Albaniyada turizm İstinadlar

Mənbə

Kateqoriya:Osmanlı Albaniyası Kateqoriya:Şkoder Kateqoriya:Albaniyada turizm Kateqoriya:Keçmiş kafedrallar