Tiran Kələkyan (; ) — Osmanlı ermənisi jurnalist, yazıçı və siyasi tarixçi.
Həyatı Tiran Kələkyan 1862-ci ildə Sərraf Qriqor Kələkyan Əfəndinin oğlu olaraq Osmanlı imperiyasında, Kayseridə anadan olmuşdur. O, 1880-ci ildə ticarət məktəbində oxumaq üçün Marselə göndərilmişdir. Kələkyan qayıdandan sonra jurnalist və hüquqşünas olmuşdur. O, erməni əlifbası ilə türkcə çıxan "Mənzumə-i Əfkar" qəzetinin redaktoru, erməni əlifbası ilə türkcə çıxan "Cahan" qəzetini bir il nəşr etdirmiş, eyni zamanda Həmid Vəhbinin "Səadət" qəzetində tərcüməçi, sonra isə redaktor olmuşdur. Kələkyan "Tarik Sabah" və "Cəridə-i Şərqiyyə" qəzetlərində yazıçı və baş redaktor olaraq çalışmış, ardınca 1904-cü ildə Londona köçmüşdür. O, 1908-ci ildə konstitusiyalı monarxiyanın elan edilməsi ilə İstanbula qayıtmışdır.Ali Çankaya, Yeni Mülkiye Târihi ve Mülkiyeliler (Mülkiye şeref kitabı), Ankara Üniversitesi. Siyasal Bilgiler Fakültesi Yayınları,s. 966. Kələkyan "Sabah" qəzetinin siyasi baş redaktoru olmuş, həmçinin 1909-–-cü illər arasında "Məktəb-i hərbiyyə" və "Məktəb-i mülkiyyə" kimi məktəblərdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir.Ali Birinci, Tarihin Alacakaranlığında: Meşâhir-i Meçhûleden Birkaç Zât, Cilt 2, Dergâh Yayınları, 2010, s. 651. O, 24 aprel 1915-ci ildə həbs edilərək Çanqırıya göndərilmişdir. Kələkyan 20 oktyabr 1915-ci ildə bir qrup əsgərin müşayiəti ilə məhkəmə qarşısına çıxarılmaq üçün hərəkət etdiyi zaman Qızılirmaq çayı üzərində yerləşən Çoxgöz körpüsündə öldürülmüşdür. Buna baxmayaraq, Əli Çanqaya onun 1 sentyabr 1918-ci ildə vəfat vəfat etdiyini iddia edir.
İstinadlar
Kateqoriya:Türk dilində yazan yazıçılar Kateqoriya:Osmanlı yazıçıları Kateqoriya:Erməni yazıçılar Kateqoriya:Osmanlı tarixçiləri Kateqoriya:Erməni tarixçilər Kateqoriya:Erməni soyqırımının qurbanları