Vəndam — Azərbaycan Respublikasının Qəbələ rayonunun Vəndam qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Vəndam kənd inzibati ərazi vahidi tərkibindəki Vəndam kəndinə qəsəbə statusu verilmiş, Vəndam kənd inzibati ərazi vahidi Vəndam qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır.

Toponimikası Oykonimin tərkibindəki vən göyrüş ağacının ikinci adıdır. Yerli məlumata görə, bu oykonim "vən (göyrüş) ağacından tikilmiş dam" mənasındadır.

Tarixi

Tarixi abidələri Qalaüstü yeri — VI–IX əsrlərə aid arxeoloji abidə.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009. Vəndam qalası

Coğrafiyası və iqlimi Qəsəbə rayon mərkəzindən 12 km cənub-şərqdə, Qəbələ-İsmayıllı şose yolunun kənarında, Vəndam çayının sol sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.

Təbiəti mülayimdir. Vəndam qəsəbəsində dağın ətəyində Yeddi gözəl şəlaləsi vardır. Burada yeddi şəlalə olmasa da yeddi mərtəbə vardır. Rayondakı əksər turizm obyektləri də bu qəsəbədə fəaliyyət göstərir. "Duyma" sağlamlıq və istirahət mərkəzi, "Semerana", "7 gözəl pansionatı" ilə məşhurdur.

Əhalisi Qəsəbənin əhalisi 2008-ci ilin əvvəlinə olan məlumata görə 8,5 min nəfərdir. Hazırda 9 min nəfərə yaxın əhalisi var.

Polad Həşimov — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycanın Milli Qəhrəmanı.

İqtisadiyyatı Qəsəbədə çox sayda meyvə bağları və taxıl zəmiləri var.

Təhsil Qəsəbədə 3 orta təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan ən böyüyü 1 saylı orta məktəbdir. Vətən uğrunda şəhid olmuş Eldəniz Mehdiyevin adını daşıyan məktəb Bakı–Qəbələ magistral yolunun sol kənarında, qəsəbə mərkəzində yerləşir. Məktəbin 1250 şagirdi, 150 ixtisaslı müəllim heyəti var. Bu qəsəbənin hər il orta məktəb məzunlarından 90 faizi ali təhsil ocaqlarına daxil olur. 20 nəfərdən artıq alimi və bir neçə elmlər doktoru ilə öyünən vəndamlılar ziyalılıq səviyyəsi ilə öndə gedir.

Şəkillər

İstinadlar

Xarici keçidlər

7 gözəl şəlaləsi

Həmçinin bax

Kateqoriya:Qəbələ rayonunun qəsəbələri