thumb|200px|right| Türkiyənin ilk və yeganə qadın baş naziri Tansu Çillər

Türkiyənin qadın nazirlərinin siyahısı — 26 mart 1971-ci ildə qurulan Türkiyənin 33-cü hökumətinə baş nazir Nihad Erim, ilk dəfə bir qadın naziri Türkan Akyolu hökumətə Səhiyyə və Sosial Yardım naziri kimi təyin edir. Akyol nazir olduğu gündən indiyədək Türkiyə hökuməti kabinetində 43 dəfə, 28 fərqli qadın yer alıb. Ən çox qadın təyin olunan nazirlik 15 təyinatla Dövlət Nazirliyi olduğu halda, 2011-ci ildə Dövlət Nazirliyinin ləğvi ilə Səlma Aliyə Kavaf sonuncu qadın dövlət naziri olub. Dövlət Nazirliyini 10 təyinatla müxtəlif adlar altında fəaliyyət göstərən Ailə və Sosial Xidmətlər Nazirliyi əvəz edib.

Kabinetdəki ilk iki qadın nazir parlamentdən kənar seçildiyi halda, Aysel Çelikəl, Beril Dedeoğlu, Ayşən Gürcan, Zəhra Zümrüd Səlçuq, Ruhsar Pekcan və Dərya Yanıq istisna olmaqla, qalan qadın nazirlərin hamısı parlament daxilindən seçilib. Ən çox qadın naziri olan hökumət 4 qadın nazirlə 54-cü hökumət olub. Bu hökumətdə; Tansu Çillər həm baş nazir, həm də xarici işlər naziri, Meral Akşenər daxili işlər naziri, Ayfər Yılmaz və İşılay Sayqın isə dövlət naziri vəzifələrində olublar. Rəcəb Tayyib Ərdoğan 7 dəfə nazirliklərə qadın təyin edərək ən çox qadın nazir təyin edən prezident olub. Ondan sonra isə liderliyi hər biri 5 təyinatla Tansu Çillər və Nəcməddin Ərbakan qoruyub saxlayır.

Tayyibə Gülək; 34 yaşında 57-ci Türkiyə hökumətinə seçilən ən gənc nazir, Aysel Çelikəl isə 68 yaşında eyni hökumətə seçilən ən yaşlı qadın olub. İmrən Aykut; Türkiyənin 46-cı, 47-ci, 48-ci, 53-cü və 55-ci hökumətlərinə, İşılay Sayqın isə 51-ci, 52-ci, 53-cü, 54-cü və 55-ci Türkiyə hökumətləri kabinetlərdə nazir olaraq yer alaraq hökumətdə ən çox iştirak edən qadınlar olublar. Ən uzun müddət nazir vəzifəsində çalışan qadın, Nemət Baş 6 il 4 gün nazir vəzifəsini tutub. Baş nazirlik dövrünün ilk müddətində Qadın və Ailə məsələləri üzrə Dövlət naziri, daha sonra isə Milli Təhsil naziri vəzifələrində çalışıb.

28 avqust 2015-ci ildə isə Ayşən Gürcan ilk hicablı nazir olub.

Zəhra Zümrüd Səlçuq və Ruhsar Pekcan 9 iyul 2018-ci il tarixindən etibarən tətbiq olunmağa başlayan Prezident Hökumət Sisteminin ilk qadın nazirləri olublar.

Türkan Akyol, ilk qadın səhiyyə naziri; Hayriyə Ayşə Nərmin Neftçi, ilk qadın Mədəniyyət və Turizm naziri; İmrən Aykut, ilk qadın Ailə, Əmək və Sosial Xidmətlər naziri və ilk qadın Dövlət naziri, İşılay Sayqın, ilk qadın Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri ; Tansu Çillər, ilk qadın Xarici İşlər naziri; Meral Akşenər, ilk qadın Daxili İşlər naziri; Nemət Baş ilk qadın Milli Təhsil naziri, Beril Dedeoğlu isə Avropa İttifaqı Nazirliyinin ilk qadın naziri olub.

Tarixi

İlk qadın nazirlər (1971–1991)

İlk qadın nazir 30 oktyabr 1923-cü ildə qurulan 1-ci Türkiyə hökumətindən 26 mart 1971-ci ildə sona çatan 32-ci Türkiyə hökumətinə qədər heç bir qadın Türkiyə hökumətlərində nazir vəzifəsində iştirak etməmişdi. 32-ci hökumət 12 Mart Memorandumu ilə istefaya getməyə məcbur olduqdan sonra bu memorandumu dərc edənlər, yeni hökuməti qurmaq üçün CHP-dən Nihad Erimi "tərəfsiz baş nazir" olaraq təyin etdilər. Bu səbəbdən Erim 26 mart 1971-ci ildə "Kabinetim bir düşüncə mərkəzi olacaq" və "Gənc beyinlərlə çalışacağam" şüarı ilə qurduğu yeni hökumətə Sadi Koçaşın tələbi ilə Türkan Akyolu Səhiyyə və Sosial Yardım naziri təyin etdi. Beləliklə, Akyol Türkiyə Cümhuriyyətinin ilk qadın naziri oldu. Erimin sözlərinə görə, Akyol təkcə qadın olduğu üçün deyil, həm də Atatürk islahatlarının nəticələrini sübut etmək üçün təyin edilib. Onun vəzifəyə başlamasından 10 gün sonra, aralarında Akyol da olmaqla, on nazir Erimə istefalarını təqdim etdi, lakin Erim geri çəkildiyi üçün istefa reallaşmadı. Daha sonra dekabrın 2-də Akyol da daxil olmaqla 11 nazir istefa ərizəsini Erimə təqdim edib. Erim ertəsi gün prezident Cövdət Sunaya "İstefalarını istəyən nazirlərin istefalarını qəbul edib vəzifələrinə davam etmək əvəzinə, bütövlükdə hökumətin istefasını təqdim etməyi" məqsədəuyğun hesab etdiyini bildirdi. Elə həmin gün Sunay hökumətin istefasını qəbul etdi və 33-cü Hökumət yeni hökumət qurulana qədər təxminən bir həftə daha xidmət etdikdən sonra sona çatdı. Hökumət ilə birgə Akyolun da vəzifəsi sona çatdı.

İlk qadın mədəniyyət naziri Akyol hökumətindən sonra gələn dörd hökumətdə heç bir qadın nazir iştirak etməyib. 17 noyabr 1974-cü ildə qurulan 38-ci hökumətdə Hayriyə Ayşə Nərmin Neftçi Mədəniyyət naziri təyin edildi və ilk qadın Mədəniyyət naziri oldu. O, həm də Tələt Sait Halmandan sonra Türkiyənin ikinci mədəniyyət naziri olub. 1974-cü il noyabrın 29-da parlamentdə keçirilən səsvermədə hökumət kifayət qədər etimad səsi toplaya bilmədi və 4 ay 14 gün fəaliyyətini sürdürə bildi. Nərmin Neftçinin nazirliyindən bu yana respublikanın elan edilməsindən sonra ən uzun müddət qadın nazirlərin təyin olunmadığı dövr olub. Son hökumətdən bəri yeddi hökumətdə heç bir qadın nazir iştirak etməyib.

İlk seçilmiş qadın nazir və ilk qadın Əmək və Sosial Müdafiə naziri Turqut Özal 21 dekabr 1987-ci ildə öz dəvəti ilə partiyaya qatılan İmren Aykutu qurduğu 46-cı hökumətə Əmək və Sosial Müdafiə naziri təyin etdikdən sonra hökumətdə yenidən qadın nazir özünə yer tapdı. Aykut bu istiqamətdə nazirliyə təyin olunan ilk qadın idi. Bu hökumət bitənə qədər vəzifəsində qalan Aykut növbəti hökumətdə nazirliyini davam etdirdi. Beləliklə o, ardıcıl iki dəfə nazir olan ilk qadın oldu.

Qadın Haqlarından Məsul Dövlət Nazirliyinin yaradılması, ilk qadın baş nazirlik dövrü (1991–1996) 20 aprel 1990-cı ildə Qadının Vəziyyəti və Problemləri üzrə Nazirlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılmışdır. Daha sonra qurum 1991-ci il iyunun 23-də baş nazirin aparatına birləşdirilib. Qurumun baş nazirliyə birləşdirildiyi gün 48-ci hökumət quruldu və İmren Aykut ardıcıl üçüncü dəfə bu hökumətə dövlət naziri təyin edildi. Aykuta, Mətbuat və İnformasiya Baş İdarəsi, Anadolu Agentliyi Baş müdirliyi vəzifələri verildi və həm hökumət sözçüsü, həm də Qadınlar Haqlarından Məsul Dövlət naziri oldu. 1991-ci il seçkiləri nəticəsində o, parlamentdə mandat qazansa da, ondan sonra qurulan hökumətdən kənarda qaldı. 1991-ci il noyabrın 9-da Süleyman Dəmirəl "Qadınlar Nazirliyi də daxil olmaqla bir sıra nazirliklərin" açılacağını söylədi. Dəmirəlin qurduğu yeni hökumətə Gülər ​​İləri və Tansu Çilləri Dövlət naziri təyin etməsi ilə ilk dəfə olaraq kabinetdə eyni vaxtda iki qadın nazir iştirak etdi. Çillər İqtisadiyyat daha sonra, Qadın və Ailə üzrə Dövlət naziri oldu. İləri şəxsi xərclərini nazirliyə ayrılmış büdcədən ödədiyi üçün 1992-ci il fevralın 22-də ona göstərilən etimaddan sui-istifadə etdiyi üçün tutduğu vəzifədən istefa etdi. İlk qadın nazir olan Türkan Akyol, İlərin istefasından sonra boşaldılan Qadın və Ailədən Məsul Dövlət Nazirliyinə təyin edilib. Çillər və Akyol dövrün sonuna qədər vəzifələrini davam etdirdilər. Beləliklə, 49-cu hökumətdə üç fərqli qadın nazir vəzifələrini icra etdilər.

İlk qadın baş naziri dövrü Sonrakı hökumət 25 iyun 1993-cü ildə quruldu və Akyol eyni vəzifəsində qalmağa davam edərkən, Çillər baş nazir olaraq bu vəzifəni tutan ilk qadın oldu. Akyol 25 iyul 1994-cü ilə qədər vəzifəsini icra etdikdən sonra istefa verdi və istefası iki gün sonra Dəmirəl tərəfindən təsdiqləndi. Önay Alpaqo Qadın Problemləri üzrə Dövlət naziri təyin edilib. Alpaqo da 27 mart 1995-ci ildə tutduğu vəzifədən istefa verdikdən bir gün sonra istefası təsdiqləndi, onun yerinə Aysel Baykal gəldi. Baykal 5 oktyabr 1995-ci ildə hökumətin sonuna qədər vəzifəsini davam etdirdi. 50-ci hökumət, 49-cu hökumət kimi, 3 fərqli qadın nazirə ev sahibliyi etdi. Çillər 51-ci hökumətdə baş nazir vəzifəsini davam etdirərkən, qurulan azlıq hökumətinin yeganə qadın naziri, Qadınlardan Məsul Dövlət Nazirliyinə təyin edilən İşılay Sayqın idi. Bu qurulan hökumətin fəaliyyəti 25 gündən sonra kifayət qədər etimad səsi ala bilməyəndəyi üçün sona çatdı. Çillər özündən sonra qurulan hökumətdə baş nazir vəzifəsini davam etdirərkən, Sayqın 23 fevral 1996-cı ilə qədər Qadın və Ailədən Məsul Dövlət naziri vəzifəsini davam etdirdi. Sayqın fevralın 23-də Çillər tərəfindən Ətraf Mühit naziri təyin edilib. İlk qadın Ətraf Mühit naziri olan Sayqın hökumətin sonuna qədər vəzifəsini davam etdirdi. 6 mart 1996-cı ildə hökumət sona çatarkən, Çillərin baş nazirliyi də sona çatdı.

Ədalət və İnkişaf Partiyası hökumətləri (1996–2002)

Tansu Çillər baş nazirliyindən sonrakı ilk hökumət Tansu Çillərdən sonra baş nazir vəzifəsinə Məsud Yılmaz təyin edilib. Yılmazın 6 mart 1996-cı ildə qurduğu 53-cü Hökumətdə ilk dəfə 3 qadın eyni vaxtda nazir oldu. İmren Aykut 4 hökumətdən sonra yenidən Qadın və Ailə məsələləri üzrə Dövlət naziri təyin edildi. İşılay Sayqın da iki dəfə dalbadal nazir oldu. Sayqın əvvəlki hökumətdə Ətraf Mühit naziri olduğu halda, bu dəfə Turizm naziri təyin edildi və Turizm naziri olan ilk qadın oldu. İkisi ilə yanaşı, Avropa İttifaqı ilə işlərdən Məsul Dövlət Nazirliyinə Ayfər Yılmaz təyin edildi. Daha sonra Yılmaza Türk Standartları İnstitutu, Milli Məhsuldarlıq Mərkəzi, Türkiyə Statistika İnstitutu, Avropa Birliyi və Şimali Kipr Türk Respublikası ilə münasibətlər Nazirliyi verilərkən, Aykuta isə Sosial Xidmətlər və Uşaq Müdafiəsi Agentliyi, Ailə Araşdırmalar İnstitutu, Qadının Vəziyyəti və Problemləri Baş İdarəsinin sədrliyi verildi. Yılmaza verilən Türkiyə Statistika Qurumunun sədrliyi sonradan onun əlindən alınaraq Yaman Törünərə verildi. Daha sonra, martın 26-da Hillari Klintonun Ankaraya səfəri çərçivəsində Amerika səfirliyi ilə keçirilən görüşə hökumətin üç qadın naziri də qatılmışdı. Qadın nazirlərin hər biri hökumətin sonuna qədər öz vəzifələrini davam etdirdilər.

54-cü Türkiyə hökuməti 54-cü Türkiyə hökuməti 28 iyun 1996-cı ildə Rifah Partiyası və Doğru Yol Partiyası ilə birgə quruldu. Nəcməddin Ərbakan baş nazir olarkən, Tansu Çillər Baş nazir müavini təyin edildi. Ayfər Yılmaz və İşılay Sayqının nazirlikləri dəyişdirildi. Yılmaz Xarici Ticarətdən Məsul Dövlət naziri vəzifəsinə, Xarici Ticarət və Gömrük müşavirliyinə təyin edildi. Sayqın Qadın və Ailədən Məsul Dövlət Nazirliyinə gətirildi və Atatürk Yüksək Mədəniyyət, Dil və Tarix şurası, Qadının Vəziyyəti və Problemləri Baş idarəsi, Ailə Araşdırma Təşkilatı müdirliyinə təyin edildi. 8 noyabr 1996-cı ildə Meral Akşenərin təyinatı ilə Mehmet Ağarın istefası nəticəsində boşaldılan Daxili İşlər Nazirliyi vəzifəsinə bu üç adın yanında ilk dəfə qadın təyin olundu. Beləliklə, bir hökumət ilk dəfə olaraq dörd fərqli qadın nazir gördü və dördünü də eyni anda qəbul etdi. Bundan sonra gələn heç bir hökumət bu qədər qadın naziri bir arada görmədi.

İmren Aykut və İşılay Sayqınlı son hökumət 55-ci hökumət 30 iyun 1997-ci ildə yaradılıb və bu hökumətdə İmren Aykut Ətraf Mühit naziri, İşılay Sayqın isə qadın və ailə məsələləri üzrə dövlət naziri olub. Bu, ikilinin iştirak etdiyi sonuncu hökumət idi. yer aldı. Beləliklə, ikili beş fərqli hökumətdə ən çox nazir olan qadınlar oldu. Ondan sonra gələn hökumətdə qadın nazir yox idi və qadın nazirin olmadığı cümhuriyyət dövrünün son hökumət oldu. Əvvəllər 46-cı hökumətdən bəri hər kabinetdə ən azı bir qadın var idi. Beləliklə, qadın nazirlərin iştirak etdiyi ən uzun kabinet sona çatdı.

AK Partiyadan öncəki son dövr