Şənlik Müslüm oğlu Əliyev () — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri (1985–1988), Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi (1979–1985).

Həyatı Şənlik Müslüm oğlu Əliyev 1935-ci ildə Bakıda anadan olmuşdur.

1959-cu ildən Leytenant Şmidt adına zavodda mühəndis, laboratoriya müdiri, baş konstruktorun müavini, zavodun baş mühəndisi işləmişdir. Daha sonra partiya işinə keçirilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri olmuşdur. 20 yanvar 1979-cu ildə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi seçilmiş və 1985-ci ilədək bu vəzifədə çalışmışdır. 1985–1988-ci illərdə Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri olmuşdur.

Şənlik Əliyev 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 10-cu və 11-ci çağırış SSRİ Ali Sovetinin deputatı, eləcə də Sov.İKP XXVI və XXVII qurultaylarının nümayəndəsi seçilmişdir.

İstinadlar

Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Azərbaycan SSR-dən olan deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyünə namizədlər