Zalam — Azərbaycan Respublikasının Qəbələ rayonunun Zalam kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd 1999-cu ildə yaradılmışdır.
Coğrafiyası Zalam kəndi rayon mərkəzindən 27 kilometr cənubda Qaraçayın sahilində, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündədir. 550 nəfər əhalisi və 123 təsərrüfatı qeydə alınıb. 290 hektar yararlı torpaq sahəsi suvarma altında olduğundan ərazidə bol məhsul yetişir. Qobu kanal təkcə Zalamı deyil, digər 11 kəndin əhalisini də su ilə təmin edir. Ancaq kənddə 4 artezian quyusu da qazılıb.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009. Ərazidə iki ildir 512 nömrə tutumlu avtomat telefon stansiyası quraşdırılıb. İşıq fasiləsiz verilir. Sayğaclaşma başa çatdığından enerji təminatı rahatlaşıb. Kəndin 11 illik məktəbində 240 məktəbli təhsil alır
Toponimikası Zalam oyk., sadə. Qaraçayın sahilində, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündədir. Oykonimin 1917-ci ildə Ərəş qəzasmın Xaldan icmasmda qeydə alınmış Salamaur (1933-cü ildə Salamabad kimi qeydə alınmışdır) kənd adı ilə bağlılığı güman edilir. Ehtimal etmək olar ki, Zalam Salam adının yerli tələffüz forması olub, şəxs adıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 551 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Qəbələ rayonu
Xarici keçidlər Qəbələ rayonu İnzibati Ərazi Vahidləri
İstinadlar
Kateqoriya:Qəbələ rayonunun kəndləri