Teymur Qasımov () — Azərbaycanı təmsil edən yüngül atlet.
Karyerası Teymur Qasımov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə qaçış turnirində 10.98 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Daha sonra Teymur Qasımov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə qaçış turnirində 11.18 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 8-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi yüngül atletləri Kateqoriya:Azərbaycanın olimpiya yüngül atletləri Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:Azərbaycan olimpiya idmançıları