Yevgeni Viktoroviç Priqojin (; ) — rusiyalı iş adamı, Rusiya Konkord şirkətlər qrupunun rəhbəri və sahibi, Vaqner qrupu ÖHŞ-nin yaradıcısı. Rusiya prezidenti Vladimir Putinin dostlarından biri hesab olunurdu. Rusiya Federasiyasının Qəhrəmanı, DNR Qəhrəmanı və LNR Qəhrəmanı.

Yevgeni Priqojinin nəzarət etdiyi Vaqner qrupu muzdluları Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası da daxil olmaqla bir sıra Afrika ölkələrində hərbi münaqişələrdə iştirak edib. Onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər.

Qrup 2022-ci ildə başlayan Rusiyanın Ukraynanı işğal etməsi əməliyyatında bir sıra istiqamətlərdə Rusiya ordusunun həyata keçirdiyi hücum əməliyyatlarına cəlb olunub. "Vaqner" ÖHŞ ilk dəfə 2014-cü ildə Krım əməliyyatında iştirak edib, referenduma hazırlığa nəzarət vəzifəsini yerinə yetirib. Priqojinin ordusu Donbass müharibəsinin aktiv iştirakçısı olub.

Bellinüat, The Insider və Der Spiegelin araşdırmasına görə, Priqojinin əməliyyatları Rusiya Müdafiə Nazirliyi və Baş Kəşfiyyat İdarəsi ilə sıx bağlıdır. Rusiyadakı "Konkord" şirkəti dövlətin ən yüksəkvəzifəli şəxslərə iaşə xidmətləri ilə məşğul olub. Bunun sayəsində o, mediada "Putinin aşpazı" ləqəbini alıb. "Business Peterburq" nəşri 2019-cu ildə "Milyarderlərin reytinqi"ndə Yevgeni Priqojinin sərvətini 14,6 milyard rubl qiymətləndirərək onu 72-ci yerdə göstərib. 2016-cı ildə o, "Citi 812" nəşrinin versiyasına görə Sankt-Peterburqun 30 ən nüfuzlu adamı siyahısına daxil edilib.

Priqojin "bot fermalarının" yaradıcısı kimi şöhrət qazanıb. 2016-cı ildən ABŞ-ın, 2020-ci ildən Avropa İttifaqının və Böyük Britaniyanın, 2022-ci ildən Avstraliyanın, Kanadanın, Yeni Zelandiyanın və Yaponiyanın sanksiyaları altındadır. 2022-ci ilin iyul ayında ABŞ Dövlət Departamenti ABŞ-də siyasi və seçki proseslərinə müdaxilə ilə əlaqədar Yevgeni Priqojin və İnternet Araşdırmalar Agentliyinin 12 digər əməkdaşı haqqında məlumat verənə 10 milyon dollar mükafat elan edib. Federal Təhqiqat Bürosu onun həbsində köməklik göstərdiyinə görə 250.000 dollara qədər mükafat təklif edir.

2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Priqojin Ukrayna ilə müharibədə iştirak etmək üçün Vaqner ÖHŞ-ə məhbusları cəlb etmək üçün şəxsən Rusiya koloniyalarında təbliğat aparır..

2022-ci ilin sonunda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi Priqojini mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində ilin adamı elan edib.

Həyatı

İlk illəri Yevgeni Priqojin 1 iyun 1961-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub. Atasını erkən yaşlarında itirib, anası Violletta Priqojina ikinci dəfə ailə qurub. His father died early, and so his mother supported him and his sick grandmother by working at a local hospital. His father and stepfather were of Jewish descent.

1977-ci ildə 62 saylı idman internat məktəbini (müasir 1 saylı Olimpiya Ehtiyatları Kolleci) bitirib. Orada o, ögey atası xizək məşqçisi Samuil Fridmanoviç Jarkoyun ona öyrətdiyi xizək sürmə ilə məşğul olub. However, his career in sport was ultimately unsuccessful.

29 noyabr 1979-cu ildə, Yevgeninin 18 yaşı olanda, Leninqrad şəhərinin Kuybışev məhkəməsi Priqojini RSFSR Cinayət Məcəlləsinin 15 və 144-cü maddələrinin 2-ci hissəsinə ("oğurluq") əsasən 2 il şərti cəzaya məhkum edib. 1981-ci ildə Priqojinin 20 yaşı olanda Leninqradın Jdanovski məhkəməsi ona RSFSR Cinayət Məcəlləsinin maddələri ilə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Bu maddələrə əsasən o, "oğurluq", "quldurluq", "dələduzluq", "yetkinlik yaşına çatmayan şəxsin cinayət fəaliyyətinə cəlb edilməsi" ittihamları ilə cəzalandırılıb. 1988-ci ildə Priqojin əfv olunub və 1990-cı ildə koloniya-qəsəbəni tərk edib.

RBC-nin məlumatına görə, Yevgeni Priqojin Leninqrad Kimya və Əczaçılıq İnstitutunu əczaçı ixtisası üzrə bitirib, lakin Priqojin özü müsahibəsində bu institutda təhsilini başa vurmadığını bildirib.

Sahibkarlıq fəaliyyəti 300px|thumb|right|Yevgeni Priqojin və Vladimir Putin 2010-cu ildə Yevgeni Priqojin 1990-cı ildə Leninqradda hot-doqlar satan şəbəkənin əsasını qoub.

1993-cü ildə "Kontrast" supermarketlər şəbəkəsinin meneceri olub.

1995-ci ilə qədər şəbəkə 10 mağazaya qədər artıb. 1995-ci ildə Priqojin Vasilyevski adasında "Vine Klub" bar mağazasının açılışını edib.

1996-cı ilin dekabrında o, tərəfdaşları ilə birlikdə Sankt-Peterburqda Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun binasında ilk elit restoranı olan "Köhnə gömrük"ü açıb. 350 min dollarlıq sərmayə beş ay ərzində geri qayıtdı, ilin sonuna qədər o, ilk milyon dollarını qazanıb.

Priqojin 1996-cı ildə "Konkord Katering" şirkəti adlı iaşə biznesini təsis edib.

1998-ci ilin yazında Priqojin, maliyyə və siyasi elitanın məşhur ziyarətgahına çevrilən "New Island" restoran-gəminin açlışını edib.

1999-cu ilin yayında Sergey Stepaşin və Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Mişel Kamdess orada görüşüblər. 2001-ci ildə Rusiya və Fransa prezidentləri Vladimir Putin və Jak Şirak üçün "New Island"da şam yeməyi verilib. Burada, 2002-ci ilin mayında Vladimir Putin Corc Buşu qəbul etdi və 2003-cü ilin payızında Putin ad gününü bu restoran-gəmidə qeyd edib.

2002–2012-ci illərdə o, "Blin! Donalds" restoran şəbəkəsini genişləndirir. 2003-cü ildə restoranlardan birinin açılışında Sankt-Peterburq qubernatoru Vladimir Yakovlev və Çili prezidenti Rikardo Laqos iştirak ediblər. Şəbəkə məşhur "kvadrosozon" da daxil olmaqla "Rus fast food" təklif edən ümumi əhali üçün nəzərdə tutulmuşdu. 2008-ci ilə qədər Priqojinin qida kombinatları formatının yaradılması üçün əsas kimi xidmət edən 10 müəssisəyə qədər artdı. 2011-ci ildə şəbəkənin səkkiz restoranından sonuncusu bağlanıb.

2000-ci illərdən tikinti layihələrində iştirak etmişdir. 250px|thumb|left|"Vaqner" ÖHŞ-nin aktiv olduğu bölgələrin xəritəsi 2010-cu ildən Priqojinin həyat yoldaşına məxsus şirkət Eliseyev Qardaşlarının Evi ticarət ortaqlığını icarəyə götürür. Yenidənqurmadan sonra orada Eliseyev tacir mağazası yerləşirdi.

2016-cı ilin yayında şirkət binanı 740 milyon rubla özəlləşdirmək hüququ qazandı.

2018-ci ildə Vladimir Putin jurnalistlərə müsahibəsində (NBC-dən Meqin Kelli və ORF-dən Armin Volf) Priqojinlə şəxsən tanış olduğunu təsdiqlədi, lakin Priqojini sahibkar Corc Sorosla müqayisə edərək dövlətlə əlaqəsini inkar etdi.Интервью американскому телеканалу NBC "Кремлин.ру", 10. mart 20186 жестких вопросов Путину: о Пригожине, MH17 и фотографиях топлес :ru:Русская служба BBC, 5. iyun 2018

Laxta ərazisində "Konkord" şirkəti öz park ərazisi olan XVIII-XIX-cu əsrlərin Sankt-Peterburq memarlığı üslubunda 45 üçmərtəbəli evlərdən ibarət Şimali Versal yaşayış kompleksini tikib. Layihəni Sankt-Peterburqun birinci qubernatoru Vladimir Yakovlev xüsusilə qeyd edib. 2016-cı ildə Fontanka.ru nəşri kompleksin əlavə olaraq 7,5 hektar ərazini hasara aldığını və bununla da qanunsuz olan Laxtinski keçidinə yolu bağladığını yazıb.

2015-ci ilin payızında Konkord ilə əlaqəsi olduğu güman edilən bir sıra şirkətlər Müdafiə Nazirliyinin törəmə şirkəti tərəfindən keçirilən tenderlərdə qalib gəlib. Müqaviləyə əsasən, şirkətlər 26 milyard rubla Moskva, Bryansk və Tver vilayətlərindəki hərbi şəhərciklərin mənzil-kommunal xidmətlərini öz üzərinə götürməlidirlər.

Ümumilikdə, 2015-ci ildə Yevgeni Priqojinlə əlaqəli bütün şirkətlər, RBC-yə görə, Müdafiə Nazirliyindən 68,6 milyard rubl dəyərində iaşə, təmizlik və tikinti xidmətləri üçün müqavilələr aldılar.

30 oktyabr 2019-cu ildə Yevgeni Priqojinin əsas aktivi olan Konkord Qida Zavodu onunla 27 yaşlı Tomsk hüquqşünası Yekaterina Roslikova arasında iki bərabər hissəyə bölündü.

Ölümü 23 avqust 2023-cü ildə ona məxsus təyyarənin qəzaya uğraması nəticəsində dünyasını dəyişib.

Media və təşviqat sahəsində fəaliyyət 300px|thumb|right|İnternet Tədqiqatları Agentliyinin yerləşdiyi binalardan biri Priqojin 2012–2013-cü illərdə əməkdaşları "media bazarını yalanlardan təmizləmək və yalan və korrupsiyalaşmış medianın ifşasına töhfə vermək"lə məşğul olan "Gazeta o Gazeta"nın fəaliyyəti ilə əlaqələndirilirdi. Bu, öz işçilərini müstəqil nəşrlərə təqdim etmək cəhdləri və daha əvvəl reklam əsasında yerləşdirilən mövcud olmayan müsahibələrin dərc edilməsi səbəbindən sonradan onlara qarşı məhkəmə iddialarının qaldırılması ilə həyata keçirilmişdir. Forbesə qarşı yönəlmiş epizodlardan biri NTV-nin "Fövqəladə vəziyyət" proqramında işıqlandırılmışdır.

Yevgeni Priqojinə məxsus olduğu deyilən İnternet Tədqiqatları Agentliyini Qlavset kimi də tanınır. Rusiyada daha çox onlar Olqinonun trolları da adlandırılır. Agentlik Rusiyanın iqtisadi və siyasi maraqları üçün xidmət edir. Mərkəzi Sankt-Peterburqda yerləşir. Agentliyin, böyük sosial şəbəkələrdə, müzakirə platformalarında, elektron qəzet saytlarında və video hosting xidmətlərində yaradılan saxta hesablardan istifadə edərək, Rusiyanın daxili və xarici siyasi maraqlarını Ukrayna və Orta Şərqdə dəstəkləmək üçün istifadə etdiyi və ABŞ-nin 2016-cı il prezident seçkilərinə təsir göstərməyə çalışdığı iddia edilir. 2015-ci ildə agentliyin təkcə bir binasında 1000-dən çox işçinin çalışdığı bildirildi. По словам бывшей сотрудницы, агентство работало круглосуточно, с рабочими сменами в 12 часов, заработок сотрудника составлял 40 000 рублей в месяц

"Novaya qazeta" qəzetinin hesabatına əsasən Internet Research Agency Ltd-nin ofisi Sankt-Peterburqun tarixi rayonu olan Olqinoda yerləşirdi. 2015-ci ildə Savuşkina küçəsində 1000-dən çox bloqer və şərhçi (trol) çalışırdı. Digər işçilərin çoxu isə kənardan işləyirdi. "BuzzFeed"ə görə 2014-cü ildə 600-ə yaxın şəxs burda fəaliyyət göstərirdi. Hər bir trolun gündəlik 100 şərh yazmaq öhdəliyi var idi. Bunların arasında həmçinin siyasi karikaturalar çəkən rəssamlar da daxil idi. Onların iki gündən bir 12 saat şəklində növbəli formada çalışdıqları bildirilir. Bir bloqerin kvotası növbədə on yazı, hər yazı ən azı 750 simvoldan ibarət idi. Bir trolun norması 126 şərh və bir hesab üçün iki yazıdır. Hər bir bloqer üç hesaba nəzarət edirdi. Aylıq olaraq Olqino ofisinin işçiləri 25 000 Rubl, Savuşkina ofisinin işçiləri isə təxminən 40 000 rubla yaxın maaş alırlardılar. 2017-ci il məlumatına görə maaşlar bonuslar və əlavə iş saatları ilə birgə 80.000 rubla yaxın qalxa bilirdi.

2018-ci il 16 fevralında ABŞ Ədliyyə Nazirliyi 2016-cı il ABŞ prezident seçkilərinə qanunsuz müdaxilə və Donald Trampın namizədliyini qəti şəkildə dəstəklədiyi üçün 13 nəfər Rusiyalı haqqında ittiham elan etdi. Bu şəxslər haqqında 15 martda prezident Donald Trump tərəfindən maliyyə sanksiyaları qəbul olunmuş və onların ABŞ-yə daxil olmaları qadağan edildi. RBC jurnalı genişmiqyaslı araşdırmadan sonra Feysbuk, Tvitter və İnstaqramda ABŞ-dəki seçkiyə müdaxilə edən 118 hesabı müəyyən etmişdi. İddiaya görə, bu akkauntların hər biri avqust-sentyabr aylarında qapadılmışdı. Jurnal bu hesabların Sankt-Peterburqun Savuşkina küçəsində yerləşən 55 nömrəli evdən idarə olunduğunu, Tvitterdə yaradılan 50 hesabdan 36-sının +7 (Rusiyanın telefon kodu – red.) prefiksi ilə qeydiyyatdan keçdiyini yazmışdı. ABŞ-də "Trol Fabriki" adlandırılan bu hesabların yaradıcılarının böyük hissəsi sosial şəbəkələrdə daha çox ABŞ-dəki irqi problemləri gündəmə gətiriblər. Belə ki, onların tabeliyi altında olan qaradərililərin hüquqlarından bəhs edən 16 qrupun 1,2 milyon izləyicisi olub. "Trol Fabriki" qrupu ABŞ-dəki prezident seçkisinə 2015-ci ilin yazından hazırlaşıb.

"Vaqner" Özəl Hərbi Şirkəti 250px|thumb|left|"Vaqner" Özəl Hərbi Şirkətinin muzdlularının döyüşdüyü Baxmut 2016-cı ilin yayında Fontanka.ru portalı Yevgeni Priqojini Vaqner qrupunun rəhbəri Dmitri Utkinlə əlaqələndirdi. Sonuncunun ətrafı arasında sahibkarın firmalarından birinin mühafizə xidmətinin rəhbəri Yevgeni Qulyayev də tapıldı. "The Bel"in məlumatına görə, "Vaqner" ÖHŞ Yevgeni Priqojinin dövlət müqavilələrindən əldə etdiyi gəlirlər hesabına maliyyələşdirilirdi.