Ferdinand Lassal (; ) — Almaniya filosofu, hüquqşünası, iqtisadçısı, təşviqatçısı və siyasətçisi, Almaniya sosial-demokratiyasının və lassalçılığın banisi.
Həyatı Ferdinand Lassal 11 aprel 1825-ci ildə Breslauda anadan olmuşdur. O, Almaniyada 1848–1849-cu illər inqilabında iştirak etmişdir. Ümumalmaniya fəhlə ittifaqının (1860) yaradıcılarındandır. Onun fəhlələri birliyə təşviq etməsi marksizm–leninizm baniləri tərəfindən müsbət qiymətləndirilmişdir. Karl Marksın "Qota proqramının tənqidi" və Vladimir Leninin "Fəlsəfə dəftərləri" əsərlərində Lassalın baxışlarının tənqidi təhlili verilmişdir. Lassal 31 avqust 1864-cü ildə, Cenevrədə bir dueldə aldığı ağır yaralardan vəfat etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat . . . .
Eduard Bernstein, Ferdinand Lassalle as a Social Reformer. Eleanor Marx Aveling, trans. London: Swan Sonnenschein, 1893. William Harbutt Dawson, German Socialism and Ferdinand Lassalle. London: Swan Sonnenschein, 1891. David Footman, The Primrose Path: A Biography of Ferdinand Lassalle. London: Cresset Press, 1946. Arno Schirokauer, Lassalle: The Power of Illusion and the Illusion of Power. Eden and Cedar Paul, trans. London: George Allen and Unwin, 1931.
Xarici keçidlər
Kateqoriya:Ferdinand Lassal Kateqoriya:Almaniya sosial-demokratları Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:XIX əsr iqtisadçıları Kateqoriya:XIX əsr filosofları Kateqoriya:Almaniya iqtisadçıları Kateqoriya:Almaniya hüquqşünasları