Kraliça Anna müharibəsi və yaxud Üçüncü Hindu müharibəsi, həmçinin İkinci Beynəlxalq Koloniyalar müharibəsi — İspaniya mirası uğrunda müharibənin bir hissəsi olan 1702–1713-cü illərdə baş vermiş hərbi münaqişə. Döyüşən iki əsas dövlətlə yanaşı, Fransanın tərəfində vuruşan İspaniya imperiyası ilə bərabər, çoxsaylı Şimali Amerikanın hindi tayfaları da hərbi əməliyyatlarda iştirak edirdi.
Müharibənin belə adlanması Şimali Amerikadakı ingilis koloniyalarında geniş yayılmışdı. Bu ad 1702-ci ildən İngiltərə və Şotlandiya krallığı kraliçası, 1707-ci ildən isə rəsmi şəkildə birləşmiş Böyük Britaniya krallığının ilk kraliçası Anna Stüartın adından yaranıb. Lakin buna baxmayaraq müharibə Üçüncü Hindu müharibəsiThe first Indian War was :en:King Philip's War, the second was :en: King William's War, and the fourth was :en:Father Rale's War. See Alan Taylor, Writing Early American History, University of Pennsylvania Press, 2005, p. 74. və İkinci Beynəlxalq Koloniyalar müharibəsi də adlandırılırdı.Denis Héroux, Robert Lahaise, Noël Vallerand, La Nouvelle-France, p. 101
Müharibə üç cəbhədə aparılırdı. Yeni İngiltərə müstəmləkələri, paytaxtı Kvebek şəhəri olan Akadiya və Kanadada yerləşən Fransız və hindu qüvvələri ilə daima vuruşurdular. Kvebek şəhəri dəfələrlə ingilis ekspedisiyalarının əsas hədəfi (lakin heç vaxt müvəffəqiyyətlə fəth edilməyən) olurdu. Nyufaundlend adasına nəzarət uğrunda mübarizə daima Sent Con şəhərində yerləşdirilmiş ingilis müstəmləkə qoşunları və Plezansda qərar tutan fransızlar tərəfindən aparılırdı. İspan Floridası və İngiltərənin Karolina əyaləti də tərəflərin davamlı təkrar hücumlarına məruz qalırdılar. Karolinalılar da Mobil şəhərində olan fransızları qovmağa çalışdılar.
Cənubdakı müharibə məlum ərazi dəyişikliklərinə səbəb olmadı. Lakin onun nəticəsi müasir Cənubi Corciyanın bir hissəsi olan ərazilər də daxil olmaqla İspaniya Floridasının yerli hindu əhalisinin məhv edilməsi ilə sona çatdı. Yeni Fransa və Yeni İngiltərə arasındakı müharibə fransız və hindu qoşunlarının Massaçusetsə (müasir Men də daxil olmaqla) dəqiq zərbələr endirməsindən ibarət idi. Buna cavab tədbirləri Akadiyanın paytaxtı, Port Royal şəhərinin ingilislər tərəfindən ələ keçirilməsi oldu.
1713-cü ildə Utrext müqaviləsinin şərtlərinə əsasən, İngiltərə Akadiya (bunda sonra Yeni Şotlandiya adlandırdı), Nyufaundlend adasını, Hudzon körfəzi ərazisindəki torpaqların bir hissəsini və Karib dənizindəki Sent Kitts adasını aldı. Sülhə görə Fransızlar İrokezlər üzərində ingilislərin suverenliyini tanımalı və bütün millətlər üçün materik hinduları ilə ticarətə icazə verməli idilər. Fransa sülh müqaviləsi ilə yalnız Müqəddəs Lourens körfəzinin adalarını saxlaya bildi.
Tarixi 250px|thumb|left|Anjulu Filipp V Filipp adı ilə 1700-cü ilin noyabrında İspaniya kralı elan edildi. Onun varisliyi ilə bağlı mübahisə Böyük Alyans və Burbon ittifaqı arasında müharibəyə səbəb oldu. 250px|thumb|right|Kraliça Anna Stüart 1665-ci ildə II Karl İspaniya Kralı oldu. Ömrü boyu səhhətindən əziyyət çəkən, II Karlın ölümü demək olar ki, doğulduğu andan etibarən gözlənilən idi. Səhhəti imkan vermədiyindən varisi də yox idi. Habsburqların ispan qolunda başqa varislər olmadığından bu da öz növbəsində illər boyunca diplomatik mübahisələrə səbəb olmuşdu. İspaniya ilə yanaşı, İtaliyada, Amerikada, Belçika və Lüksemburqdakı mülkləri də əhatə edən nəhəng İspaniya imperiyasının mirası məsələsi daim müzakirə mövzusu idi.
İki nəhəng Avropa xanədanı İspaniya taxtına iddia edirdi: Fransız Burbonları və Avstriya Habsburqları; hər iki kral ailəsi son İspan kralı ilə yaxından qohumluq əlaqələrinə malik idi.
1670-ci ildə İngiltərə Duver müqaviləsinin şərtlərinə görə XIV Lüdovikin İspaniya taxtına hüquqlarını dəstəkləməyi qəbul etdi. 1688-ci il də Böyük İttifaqın şərtlərinə görə İngiltərə və Hollandiya Respublikasını I Leopoldu dəstəkləməyi öhdəsinə götürdülər.
1700-cü ildə İspaniya İmperiyası, İtaliyada, İspan Hollandiyasında, Filippinlərdə və Amerikada mülkləri özündə birləşdirirdi və artıq hakim böyük güc olmasa da, böyük ölçüdə iri dövlət sayılırdı. Bu səbəbdən İspaniya taxtına yiyələnmək əlavə güc demək idi. Bu gücün ya Avstriya Habsburqları ya da Fransız Burbonları tərəfindən alınması Avropadakı güc nisbətini dəyişdirəcəkdi Bu səbəbdən İspan mirası Avropada böyük dövlətlərin əksəriyyətinin qoşulduğu müharibəyə səbəb oldu. O, İsveç, Saksoniya, Danimarka-Norveç və Rusiya kimi dövlətlərin iştirak etdiyi 1700–1721-ci illərdə baş vermiş Şimal müharibəsinə də təsir göstərmişdir.
1688–1697-ci illərdə baş vermiş doqquz illik müharibə zamanı ordular 1648-ci ildə ortalama 25.000-dən, 1697-ci ilə qədər 100.000-ə qədər böyümüşdü. Bu da sənaye inqilabı öncəsi iqtisadiyyatların davamlılıq səviyyəsini aşağı salırdı. 1690-cı illər eyni zamanda kiçik buz dövrünün ən aşağı nöqtəsinə çatmış, daha soyuq və rütubətli hava dövrü Avropada məhsul istehsalını kəskin şəkildə azaltmışdı. 1695–1697-ci illərdə olan böyük qıtlığın indiki Şotlandiya, Estoniya, Finlandiya, Latviya, Norveç və İsveçdəki əhalinin 15–25%-ni, Fransa və Şimali İtaliyada da isə iki milyon nəfərin öldürdüyü təxmin edilir.
1697-ci il Reysvik müqaviləsinin şərtlərinə görə Fransanın müttəfiqlər olmadan hər hansı bir siyasi hərəkət etməsi qəbul edilməz idi. Doqquz illik müharibə sona yaxınlaşdıqca, İspan mirası məsələsi kritik hal aldı. II Karlın səhhətinin pisləşməsi isə böyük döyüş ərəfəsində səssizlik idi. Fransa və ya Avstriyadan fərqli olaraq, İspaniya taxt-tacı ana xətti ilə miras alına bilərdi. II Karlın bacıları Fransa və Avstriya krallarının həyat yoldaşları idilər. Mariya Tereza (1638–1683-cü illər) Fransa kralı XIV Lüdoviklə, Matqarita Tereza (1651–1673-cü illər) isə Müqəddəs Roma imperatoru I Leopoldla evli idi. Bu səbəbdən hər iki monarx evinin uşaqları taxta iddia edirdilər. Bununla belə 1689-cu ildə İngiltərə Kralı Orleanlı III Vilhelm 9 illik müharibədə imperatorun dəstəyini aldığından, imperatorun bütün İspan imperiyasına iddialarını dəstəkləyəcəyinə söz vermişdi.
İspan taxtına başqa bir namizəd isə 1692-ci ildə anadan olan Bavariya şahzadəsi İosif Ferdinand idi. Onun anası Mariya Antoniya (1669–1692) I Leopoldun Matqarita Terezadan olan qızı idi. O ata tərəfdən Vittelsbax sülaləsinə aid olduğundan nə Burbonlara, nə də Habusbuqlara bağlılığı yox idi. Bu səbəbdən əgər o, İspaniya taxtına çıxardısa Avropada qüvvələr nisbəti dəyişməzdi. 1698-ci ildə Fransa, İngiltərə və Hollandiya Respublikası arasında imzalanan Haaqa müqaviləsinə əsasən, beş yaşlı İosif II Karlın varisi olaraq təyin edildi. İspaniya taxtına iddialarından imtina etmək müqabilində Fransa və Avstriya İspaniyanın Avropa ərazilərinin bir hissəsini alacaqdılar.
İspaniyada bu razılaşma böyük narazılığa səbəb oldu. Onlarsız imperiyanın ərazisinin bölünməsi böyük hiddətlə qarşılandı. Üstəlik ispanlar imperiya mülklərinin bölünməsini istəmirdilər. 1699-cu ilin fevralında İosifin ölümü anası Mariya Antonianı qane edəcək yeni bir həll yolunu tələb edirdi. 1685-ci ildə İspan taxtına iddiasını I Leopoldun oğulları İosif və Ferdinand Vensel irəli sürdü.
Bu addım ciddi hüquqi şübhələr doğursa da, lakin Lüdovik və Vilyam bundan 1700-cü il London Müqaviləsini hazırlamaq üçün istifadə etdilər. Bu şərtlər Ferdinand Venseli yeni varis etdi, Fransa, Savoya və Avstriya ərazi təzminatını aldı, lakin nə Leopold nə də Karl bununla razılaşmadığından müqavilə təsir gücünə malik deyildi. 1700-cü ilin oktyabrında II Karl vəfat etdi. Ölməzdən əvvəl o, Böyük Doufinin ikinci oğlu Anju hersoqu Filipi varisi elan etdi. Əgər o, imtina edərdisə, o zaman ikinci varis onun kiçk qardaşı Beriyalı Karl olurdu. Müqavilənin imzalanmasından bir neçə gün sonra, 1688-ci ildə II Vilhelm tərəfindən taxtdan endirilən İngiltərənin əvvəlki kralı II Yakov Fransada öldü. XIV Lüdovik əvvəlki razılaşmalara görə II Vilhelmi kral kimi tanısa da, indi o, taxt-taca yeganə varis kimi II Yakovun oğlu Ceyms Fransis Edvard Stüartı gördüyünü elan etdi. Bu halda müharibə qaçılmaz oldu və II Vilhelm özü 1702-ci ilin martında öldükdə, varisi Kraliça Anna Haaqa müqaviləsini dəstəklədiyini təsdiqlədi. Bundan qəzəblənən İngiltərə və Hollandiya Respublikası (XIV Lüdovik Fransa əsgərlərinin İspaniya Hollandiyasına daxil olması onu qəzəbləndirmişdi) cavab olaraq ordularını toplamağa başladılar və 1702-ci il mayın 14-də Fransa və İspaniyaya müharibə elan etdilər. Avstriya mayın 5-də İngiltərə və Hollandiyaya qoşuldu.
Şimali Amerikada vəziyyət 250px|thumb|left|Port Royalın daş istehkamları, Akadiya, 1702-ci il. Müharibənin əvvəlində bir neçə yaşayış məntəqəsində daş istehkam var idi. Müharibə təkcə Avropada deyil, Şimali Amerikada da baş verdi. Burada hərbi əməliyyatlar Şimali Amerikadakı Fransa və İngiltərənin koloniyaları arasında sərhəd bölgələri ilə bağlı mübahisələr də səbəb oldu.Weber, p. 158 Ən qızğın mübarizə daha sonra cənubda Karolina əyalətindən şimalda Massaçusets körfəzi əyalətinə qədər uzanan ingilis koloniyalarının şimal və cənub-qərb sərhədləri boyunca torpaqlar, həmçinin Nyufaundlend və Hudzon körfəzi ərazisindəki adalardakı ayrı-ayrı yaşayış məntəqələri və ticarət limanları üzərində gedirdi.Stone, pp. 161, 165 Bəziləri hələ çox kiçik olan bu koloniyalarda insan məskənləri sahilboyu, daxili hissələrdə də ayrı-ayrı yaşayış məntəqələri var idi, bəzən onlar Appalaç dağlarına qədər uzanırdı. Appalaç dağlarının qərbində və Böyük göllərin cənubunda materikin daxili hissəsi zəif tədqiq edilmişdi. Oralarda yerli hindi tayfaları yaşayırdı. Lakin artıq fransız və ingilis tacirləri həmin ərazilərə qismən yol tapmağa başlamışdılar. Floridadakı ispanlar fəaliyyətləri yerli yerli əhalinin xristianlaşdırılmasından ibarət olan missioner şəbəkəsi təşkil etmişdilər. Fransız kəşfiyyatçılar 1699-cu ildə Missisipi çayının mənsəbində, müasir Biloksi yaxınlığındakı Fort Morepas şəhərində məskunlaşdılar və qan düşmənləri İngilis müstəmləkəçilərinin müttəfiqləri Çikasav hindiləri olan Şoktau hindiləri ilə dostluq əlaqələri quraraq, daha da daxili ticarət yolları çəkməyə başladılar.
Fransızların cənubda olması Karolina kolonistlərinin ölkə daxilində qurduqları mövcud ticarət əlaqələrini təhdid edirdi. Bundan əlavə, İspaniyanın ərazi tələbləri hər üç tərəf arasında gərginlik yaradan amil idi. Fransa və İspaniya bu vəziyyətdə ittifaqa girdilər, baxmayaraq ki, yaxın vaxtlara qədər Doqquzillik müharibədə bir-birinə qarşı döyüşmüşdülər.Weber, pp. 158–159 Savanna çayının cənubundakı ərazilər Karolinalılar və Floridalılar arasında mübahisəli idi. Bu münaqişəyə Roma Katolik ispanları və Protestant ingilisləri arasında sahil boyu ərazilər üzərində dini düşmənçilik daxil idi.
Şimalda münaqişənin ərazi mübahisələri ilə yanaşı iqtisadi tərəfi də var idi. Nyufaundlend Britaniya müstəmləkə mülklərinin bir hissəsi idi, onun mərkəzi Sent Consda, fransız kolonistləri isə Plezansda yerləşmişdi. Bu kolonistlər Böyük Nyufaundlend buxtasında balıq tutmaq hüququ uğrunda bir-biri ilə rəqabət aparırdılar ki, bu da Akadiya (indiki Yeni Şotlandiya və Nyu-Brunsvik ərazilərini əhatə edən ərazi) və Massaçusetsdən olan balıqçılar tərəfindən də istifadə olunurdu. Yeni Fransa və Massaçusets arasındakı sərhəd zonası (daha sonra Men bölgəsini əhatə edirdi) də mübahisəli idi.Pope, pp. 202–203Drake, pp. 115, 203 Müqəddəs Lourens çayı və hər şeydən əvvəl Massaçusets və Nyu-Yorkun sahil zonaları arasındakı sərhəd zonaları yerli qəbilələrDrake, p. 36 (ilk növbədə Abenaki və İrokez) aid idi. Kral Uilyamın müharibəsi nəticəsində hindi təhlükəsi bir qədər zəifləmiş kimi görünsə də, onlar hələ də qitənin daxili hissəsindəki ucqar yaşayış məntəqələri üçün böyük təhlükə yaradırdılar.Drake, p. 150
Korolina və Florida 250px|thumb|right|1704-cü ilin fevralında Massaçusets ştatının Deerfild şəhərinə yeni fransız basqını