Zakir Axtılı (d. XVIII əsr; Axtı, Şirvan bəylərbəyliyi, Səfəvi imperiyası - ö. XVIII əsr; Quba xanlığı) — ləzgiəsilli olmasına baxmayaraq, Azərbaycan dilində şeirlər yazan şair.
Həyatı Doğum tarixi dəqiq bilinməməkdədir, lakin XVIII əsrdə Səfəvi imperiyasında dünyaya gəldiyi məlumdur. Ən məşhur əsəri "Parçalanmış ciyər" şeiridir.Şairin hisslərinin təsvir edildiyi bu şeirdə Molla Pənah Vaqifin təsiri hiss edilməkdədir.Zakirin əsərləri psixoloji çərçivə ilə ayırd edilir. Şeirləri lirik qəhrəmanın vəziyyətini açıqlaması ilə başlayır və bitir. Şairin "Gəlin" müxəmməsində də belə nümunəyə rast gəlinməkdədir. Həmçinin bax Ağababa Zühuri İstinadlar
Mənbə
Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:XVIII əsrdə doğulanlar Kateqoriya:XVIII əsr şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Türk şairlər