BMT Təhlükəsizlik Şurasının 977 saylı qətnaməsi — 1995-ci il fevralın 22-də Ruanda Beynəlxalq Cinayət Tribunalının (RBCT) yerinin müəyyən edilməsi ilə bağlı öhdəliyi ifadə edən 955 (1994) saylı qətnamənin xatırlandığı, Baş katib Butros Butros-Qalinin hesabatının qeyd edildiyi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3502-ci iclasında yekdilliklə qəbul edilmiş qərar.
Sənədə əsasən tribunalın qərargahı Tanzaniyanın Aruşa şəhərində yerləşməli idi. Baş katibin hesabatına görə, qərar RBCT-nin yaradılması prosesinin ikinci mərhələsinə işarə edir ki, bu da indi altı məhkəmə hakiminin seçilməsi prosesinin başlamasına imkan verəcəkdir. Ruandanın şuradakı nümayəndəsi Manzi Bakuramutsa bildirmişdi ki, onun hökuməti qərargahın Ruandadan kənarda müəyyən edilməsi qərarını dəstəkləməsə də, Təhlükəsizlik Şurası ilə əməkdaşlığa davam edəcək.
Həmçinin bax Ruandada vətəndaş müharibəsi Ruanda soyqırımı
İstinadlar
Kateqoriya:Ruanda soyqırımı Kateqoriya:1995-ci il BMT Təhlükəsizlik Şurasının qətnamələri