Alaçadırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Kələntərli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Tərtər çayının sağ sahilində, Qarabağ düzündədir. Keçmiş adı Məzməzəkdir. Ərazi XIX əsrdə Zəngəzur qəzasının Məzməzək kəndinin qışlağı olmuşdur. Sonralar bu kənddən alaçadırlı nəslinə mənsub ailələr köçərək qışlaq yerində məskunlaşdığı üçün kənd də həmin nəslin adını daşımışdır. Etnooykonimdir.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 39.
Əhalisi 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
İstinadlar
Kateqoriya:Bərdə rayonunun kəndləri