Okomtun () — Meksikanın Yukatan yarımadasında arxeoloji sahə. Meksika Milli Antropologiya və Tarix İnstitutunun arxeoloqları 2023-cü ilin iyununda Kampeçe ştatının nisbətən tədqiq olunmamış ərazisində hündürlüyü təxminən olan bir neçə piramida strukturunun qalıqlarını aşkar etmiş, sonradan şəhərin kəşf edildiyini elan etmişdilər. Ərazidən tapılan dulusçuluq fraqmentlərinin təhlili göstərir ki, ərazidə b.e. 600–800-cü illəri arasında Mayya xalqı məskunlaşmış, şəhər təxminən b.e. 1000-ci illərində Klassik Mayya süqutu ilə üst-üstə düşərək xarabaya çevrilmişdir. Alimlər arxeoloji sahəni Mayya dilində "daş sütun" mənasını verən sözə əsasən "Okomtun" adlandırmışdılar.
İstinadlar
Kateqoriya:Meksikadakı arxeoloji abidələr Kateqoriya:Mayya