Səfa Zəngin (; d. ) — Türkiyənin teatr, film, serial aktyoru və səsləndirmə sənətçisi.

Həyatı 16 may 1968-ci ildə Malatyada anadan olub.

1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994–2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb.

İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O, 2003–2004-cü illərdə rol aldığı "Qurdlar Vadisi" serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə populyarlıq qazanmışdır.

İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirir. Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları