Semicenk və ya doğum adıyla Cenk Baş () — Türkiyə musiqiçisi. Əsas fəaliyyətinə 2019-cu ildən başlamışdır. Bu günə qədər bir çox mahnı və albom sahibidir. Hazırda çalışdığı albom şirkəti isə Eva Recordsdur.Birinci şaşırttı: Spotify, Türkiye’nin en popüler şarkıcılarını paylaştı!
Həyatı Cenk Baş 7 oktyabr 1998-ci ildə Orduda anadan olmuşdur. 2019-cu ildə TV8-də yayımlanan O Səs Türkiyə proqramında yarışmaçı kimi iştirak etmişdir və Hadisənin komandasında yer almağı bacarmışdır.
O, ilk olaraq "Yüzü tanıdık değil" və "Kalbim Usandı" kimi trekləri buraxmışdır. O, 2021-ci ilin dekabrında çıxardığı "Düşer Aklıma" adlı sinqlını buraxmışdır. O, bu treki ilə tanınmışdır. Mahnı yayımlandıqdan 2 il sonra 100 milyon dəfədən çox kliklənmişdir. Bundan sonra o, Funda Ararla "Al Sevgilim" duetini buraxmışdır. Bu trek və "Düşer Aklıma" ilə o, Spotify-da aylıq 1 milyondan çox dinləyiciyə çatmışdır. Karyerasında Funda Arar, Mustafa Ceceli, Reynmen, Ziynet Sali kimi sənətçilərlə çalışmışdır. O, 2022-ci ildə "Aşırı Doz " adlı EP albomunu buraxıb.
Mükafatları 2022 Pantene Altın Kelebek Ödülü, 2022 Alternativ Arabesk Müzik Sanatçısı ünvanı, IX Altın Palmiye Ödülü
Diskoqrafiya Albomlar Aşırı Doz (2022)
Sinqlları Tanrım Reva Mı (2023) Pişman Değilim (ft. Doğu Swag) (2023) Geri Dönemedim (2023) Canın Sağ Olsun (ft. Rast) (2023) Yana Yana (ft. Reynmen) (2023) Bir Anda Düşüverdim (ft. Doğu Swag) (2023) Hangi Yüzüne Konuşacağım (2022) Masal Gibi (2022) Sevecek Sandım (2022) Unutmak Öyle Mi Kolay Sandın? (2022) Bozulmuş Kalbim (ft. Ziynet Sali, İlkan Günüç) (2022) Dayan (ft. Mustafa Ceceli) (2022) Herkes Gibisin (2022) Al Sevgilim (2022) Düşer Aklıma (2021) Kalbim Usandı (2021) Yüzü Tanıdık Değil (2021) Sen Kaldın (ft. Aziz) (2021)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə musiqiçiləri